Viktor Hüqo`nun Fransa parlemanında nitqi

15. 01. 1850

       Elə bir cəmiyyət yaratmalıyıq ki, hökumətin adi qatil olmaqdan daha çox qatil olma haqqı olmasın və hökumət yırtıcı bir heyvan kimi davrandığı zaman onunla da yırtıcı heyvan kimi davranılsın.

       Elə bir cəmiyyət yaratmağa çakışaq ki, keşiş kəlisada və dövlət də öz iş mərkəzlərində olsun. Nə hökumət keşişlərin moizə işlərinə qarışsın nə də din büdcəyə, dövlətin siyasi işlərinə müdaxilə etsin.

       Elə bir cəmiyyət qurmalıyıq ki, orada təhsil və təlim tərbiyə ilk oxuldan kollejə qədər hər kəs üçün pulsuz olsun. Hər yerdə eşit şəkildə davranılaraq istedadların tərbiyə olunmasına yardım edilsin, imkan yaradılsın. Hər yerdə bir fikir olsa bir kitab da olsun. Nə bir kənd oxulsuz nə də bir şəhər universitəsiz qalsın. Bütün bunların hamısı da laik, tam laik, münhəsirən laik  bir hökumətin nəzər diqqəti və və məsuliyəti ilə sağlanmalıdır.

       Elə bir cəmiyyət yaradaq ki, orada aclıq adında ictimai fəlakət olmasın. Siz qanun yazanlar! bilmiş olun ki, aclıq adılı fəlakət bir təbəqəyə məxsus deyildir, bütün cəmiyyətin ortaq bədbəxtliyidir. Bir yoxsulun bədbəxtliyi sadəcə ona məxsus deyildir, bütün cəmiyyətin viran edici dərdidir.Yoxsulun  uzun müddətli yoxsulluğu varlının da ölümünü zaman içində hazırlar. Yoxsulluq intizamın və qanunun ən pis düşmənidir. Yoxsulluq da cəhalət kimi qaranlıq bir gecedir ki, aydın bir sabaha qovuşmalıdır.

 

Türkcəyə tərcümə etdi: Güntay