Güntay Gəncalp

Qadın haqları uğruna mübarizenin tarixçəsi

(Feminizm*)

"Feminizm" sözü Fransızcaya 1837-ci ilden sonra girdi. Feminizm qadınların əsrler, çağlar boyunca yaşadıqları şəraitleri, veziyetleri tehlil etmek meselesini qarşısına meqsed kimi qoymuşdu.

Feministlere göre elm terefsiz deyildir. Özellikle tarixe baxişda androkrasiliyi(kişi hakimiyetini) tercih etmishdir. Bu da qadınların ikinci dereceli insan kimi alqılanmasına şerait ve zemin yaratmaqdadır. Feministlere göre, tarixçiler ve sosioloqlar qadının tarixdeki rolunu gormek istememişler. Sanki tarixin vücuda gelmesinde qadınların heç bir rolu olmamışdır. Eslinde ise tarixde sadece günc deyil, hem de zerafet aranacaq olursa, o zaman tarixi medeniyetlerin formalaşmasında qadınların da tesirleri, böyuk rolları ortaya çıxacaqdır.

Ayrıca, tarixçi, tarix öncesi tarixçi, etnoloq ya da sosioloqlar qadınların veziyetleri ile maraqlandıqları zaman bele, bu meseleye kişi merkezli(androcentrist) bir bucaqdan baxmişlar.

Feministler tarixçilik şüurunda qadınların tarixi rollarının tedqiqi üçün tarix elmine ciddi tesir gostermişler.

Paleolitik(ovçuluq) döneminde kişiler ovçu, qadınlar ise ovlanmış ovları toplama işinə baxırdılar. Bu merhelede soyun(neslin) davamında qadının rolu ilk planda olmuş ve evlad anası ile qürur duymuşdur. Çünkü atasının kim olduğunu biləz, yalnız anasını bilirdi. Kişi qadının irdesine tabe idi. Qızlar üçün deyil oglanlar üçün “elçi” gedilirdi. Bir klandan başqa klana oğlan alış verişi mövcudmuş. Elbette burada evlilik meselesi ferdi deyil, kollektiv idi. Bir klan belli sebeler üzünden diger klanla oğlan aliş-verişinde bulunurdu.

Hz. Isadan 10.000 il evvel iqlim şertlerinin alt-üst olması neticesinde ilk neolitik inqilab gerçekleşdi. Bu hadise ile eyni zamanda qadınlar ekinçiliyi icad etdiler. Daha sonra da qadınlar iplik eyirib toxumağı keşf etdiler. Qadınlar keşf etdikleri ekinçiliyi ve iplik toxumanı öz uşaqlarına öyretdiler. Əqrəbalıq, ancaq qadın soyu terefinden davam edirdi. Bu merhelede qadınların heyatin bütün sahelerine müdaxilesi üçün insanların perestiş etdikleri Allahlar daha chox qadına benzeyirdi. Sonralar kişilerin iradesi öz rolunu ifa etmeye başladiği zaman perestiş edilen Allahlar evvelki kimi zeriflik remzi deyil, güclülük remzini ifade edecekdi. Orta neolitik çağda, yani Hz. Isadan 6.000 il ile 3.000 il evvelki zaman arasında bir teknik inqilab baş Verdi. Bu sebebden de nüfuzun artişi ortaya çıxdığından ictimai teşkilatlanma modeli alt-üst oldu. Enerji qaynaqlarının peyda olması (Öküz, su, külek) ve daha ireli tekniklerin icadı(Xiş, su, yel deyimanı, yelkenli gemiler) kişilerin ictimai mevqeyini deyişdirib, ireli çekib ve qadınları arxa plana etdi. Qadının bütün ictimai missionu kişilere devr edildi. Şeherleşme siniflerin(tebeqelerin) formalaşmasını ve menafelerin toqquşmasını doğurdu. Bu proses içerisinde qadınların eşyalaşması, şexsi mülkiyetin bir hissesine dönüşmesi meydana çıxmış ve feodalların bir sürü kenizi, qulluqçu qadınları onların şexsi mülkiyeti sayılırdı.

***

Tarixde ilk feminist filosof muselman şərqində olmuşdur. XII əsrdə qadınların haqqını müdafiyə eden böyuk fikir adamı filosof Ibni-Rüşd Islam dunyasının qurtuluşunu qadına olan müasibetlerin deyişmesi ile bağlayırdı. Ibni-Rüşd qadının insani xilqetini, yaranış fitretini felsefi baxşmdan tehlil edirdi. Fizikal güc nezere alındığında zahiren kişinin qadından üstün olduğu görünür, lakin bir xeyli sahelerde, xüsusən senet ve musiqi baxımından kişiler qetiyen qadınların fitri istedadları seviyesine çata bilmezler. Ibni-Rushd yazirdi: "Islam ölkeleri o zaman inkişaf edecek ki, qadının istedad qanadlarını bağlayan bağlar qırılacaqdır. Qadın azadlığı müselman ölkelerinin tereqqisine imkan yaradacaqdır. Qadın lezzet menbeyi olan et yığınından ibaret deyildir. Bizim dar görüşlülüyümüz qadınların zengin dünyalarını derk etmeye imkan vermir. Sanki qadin iki iş üçün yaranmışdır: biri uşaq doğurmaq, digeri ise uşaq böyütmek. Qadınları qul seviyesine endirmemiz bizi bir çox gözelliklerden, zerifliklerden mehrum etmişdir. Bu veziyyet eyni zamanda qadınların əqli imkanlarının texrib olunmasına yol açmışdır. Bu üzden de yüksek feziletli, zekali qadınlara rastlanmırıq. Qadınların heyati bitkilerin, alaqların heyatı kimi sona varır. Ancaq qadın bitki deyil, insandir. Ağlı, zekası ve yaradıcılıq qabiliyeti olan insandır. Qadınların insan kimi yaşamamaları onları kişilerin yükü ve qulu etmişdir. Bu da cemiyetin bedbextliyine ve "Medine-i Fazile”nin mehvine sebeb olur. Çünkü cemiyetin yarısından çoxu qadınlardan ibaretdir. Ancaq onlar oz zeruri ve ilkin ehtiyaclarını temin etmekden mehrumdur. Qadınlar heyvanlar kimi erkekler terefinden beslenir. Bununla da qadınlar ne fikir, ne de maddi sahelerde heç bir şey istehsal ede bilmeden, yalnız istehlak(mesref) eden bioloji mexluqlar ve heyvanlar sürüsü halına gelmişler. Qadınlar bu esaretden qurtulmalıdırlar.” (Menbe: Hena Elfaxuri-Xelil Elcer, "Islam dunyasinda Felsefenin Tarixi" sehife 704)

***

Avropada ilk feminist sosioloq Feridriş Engels olmuşdur.

Soylu ve burjua tebeqelerde qadınlar rollarının medudlaşmasını asanlıqla qebul etmezler. XVII əsrde Avropada edebiyat salonlarını quran "Mavi corablılar" (oxumuş qadınlar) ortaya çıxdılar ve edebi geceler düzenleyerek qadınları sosial işlere de´vet etdiler. Bunların arasından siyasete qatılanlar da oldu.

Orta Çağ dinçi tutuma gore qadının kilisaya grime, hetta İncile toxunma haqqı yox idi. Bu üzden de qadınların özgürlükçü feminist hereketlerinin temelinde kilisaya qarşı çıxış durmaqda idi.

1789-ci il Fransa inqilabından derinden tesirlenen bir toxuma işçisinin qızı Mary wollstonecraft(1759-1797) 1792-ci ilde femenist bir elaniye yaydi: Qadın haqlarının doğrulması(Vindication of the rights of women). Bu bildiri də deyirlirdi: Qadınların öz haqları uğruna bir inqilab etmelerinin vaxtidir.

XIX əsrde feministler çox böyük bir müveffeqiyyet elde etdiler. Müxtelif tehsil qurumlarına girmeye nail oldular. Bu əsrde Edinburg universitesinin tibb fakultesine qızların alınması küçe tezahüratına sebeb oldu. Kültürler qızların oxumasına qarşı çıxır, etiraz edirdi.

XIX əsr feministlerinin bir isteyi de dünya qadınlarının barış namine birleşmeleridir.

1888-ci ilde beynelxalq qadınlar konseyinin quruluş toplantısı Vaşingtonda yapıldı. Onlara göre qadınların esaretden qurtuluşu kişilerin de qurtuluşuna ve adam kimi yaşamalarına sebeb olacaqmış. Qadön kişi eşitliyi (beraberliyi) onların temel prinsipleri idi.

Birinci Dünya Savaşından sonra qadınların ses(rəy) verme haqqı 21 olkede tanındı. Bu ölkelerin içerisinde Mehemmed Emin Resulzadenin qurduğu Azerabaycan Demokratik Xalq Cümhuriyeti de yer alırdı. Azerbaycan ilk devlet olmushdur ki, Qerbdeki feminizm herekatına destek vermiş ve femenistlerin isteklerine yasal və hüquqi zemin yaratmışdır. Qadınlara resmen seçib-seçilmek, siyasete, elme qatılma social həyatda aktiv olma haqqı tanımışdır.

***

Naziler ve faşistler feminizm herekatını boğmağa başladılar. Qadınları eve qapadılar. Faşizmı ve nazismi mehkum eden ilk ideoloji feminizm olmuşdur.

XX əsrin ikinci yarısında feministler kürtajin (uşaq saldırmanın) qanunileşmesi üçün çalışdılar ve onu yasal bir zemine oturtdular.

Nehayet 1974-cu il 8 martda (17 isfend) başqanlığını Simone de Beauvoir yapdığı "Qadınlar Haqqı Derneyi" quruldu ve feminist suallar degisi neshr edilmeye başladı. Ərleri terefinden döyülen qadınlar dünyanın harasında olursa olsun feministler terefinden mudafie edilir. Feministler Qərbdə eyni zamanda öz adlarına uşaq sahibi olma haqqını da yasallaşdırdılar. Bu gün Qərbdə uşağın atasının adının olub olmaması bir o qədər də önemli deyilş Uşağın pasportunda sadəcə anasının adı olması yeterlidir. Yəni bir xanımın ana olması üçün mütləqa bir kişinin mütləq sevgisine ehtiyacı yox. İslam ölkelerinde ise durum fərqlidir. Nə qədər analıq duyğusunu məzara aparan qadınlar var. Feminist görüşün temelinde sekular felsefe durduğu üçün cenneti bu dünyada gerçekleşdirmek ister. Qerb ölkelerinde libralizmin ve libral deyerlerin gelişmesinde feminist görüşün ve feministlerin böyük tesiri oldu. Ancaq zamanla feminist herekete anarşism de eklendi.

***

Bu gun Iranda, xüsusen Güney Azerbaycanda en çox menimsenen görüş feminizmdir. Genc, oxumuş ve özellikle de evlenmemiş qızlar feminizm görüşlerine meyllenirler. Çünkü mevcud rejimin qadınlara qarşı tetbiq etdiyi insanlıq dışı müamile heyatin her sahesinde, o cümleden evlilik meselesinde de problem çıxarmaqdadır. Sadece mevcud rejim deyil, bütün Şərqin dinçi kültürü (Ereb, Fars , Türk) qadına eşya kimi baxmışdır. Bu baxış Qerbde de var idi. Feministler böyük bir mübarizeden sonra öz haqlarını əldə etməyə nail oldular. Lakin Şərqde qadın ikinci dereceli insan kimi durmaqdadir. Bəzi İslam ölkelerinde “İslamçı feminist dernekler” qadın haqlarını savunmağa çalışırlar. Digər tərəfdən əski communist çevrələr və özəliklə radikal islamçılar feminizmi Qerb merkezli burjuva ideolojisi olaraq tanımlar və feministlerin tarix boyu qadın haqları uğruna mübarizelerini görmək istemezler.

Belke bəzi ölkelerin ana yasasında qadınlar üçün bəzi haqlar tanınmışdır, lakin yazılmamış yasalr, töreler ve tarixi cehalet bu hüququn gerçekleşmesine engel olmaqdadır. Türkiye Cümhuriyetinde qadınlar mübarize ederek indiki nisbi haqlarını elde etmediler. Türkiyede Böyük Atatürk qadınlara Qərb modeli haq tanıdı, bu haqqı hüquqi zemine oturtdu. Ancaq hele de eski töreler öz felaketlerini töretmekde davam etmekdedir.

Meqalenin yazilişında aşagıdaki qaynaqlardan istifade edilmişdir:

  1. Vil Durant, Medeniyet tarixi
  2. Bertran Rassel, Evlilik(zenashui)
  3. Hena Elfaxuri-Xelil Elcer, Islam dunyasinda felsefenin tarixi
  4. Iranda derc olunan "Zen" dergisi
  5. Feridrish Engels, "Ailenin menşeyi"
  6. Azerbaycanda müxtelif dergi ve qezetler
  7. http://mitglied.lycos.de/islamdakadin/genelkultur/feminizm.html
  8. http://uk.geocities.com/anarsistbakis/makaleler/okelly-feminizmveanarsizm.html
  9. http://www.nadir.org/nadir/initiativ/rev_linke/devkad/devkad8.html
  10. http://www.geocities.com/islamifeminist/
  11. http://www.geocities.com/islamifeminist/isfeminizmne.htm
  12. http://uk.geocities.com/anarsistbakis/makaleler/farrow-anarsizmolarakfeminizm.html


* . 2001-ci ildə bir qız arxadaşımın istəyi üzrə feminizm haqqında oxuduğum ve not aldığım qaynaqlardan yararlanaraq bu məqaləni yazdım.