Güntay Gəncalp

Məlihə Əzimpur***

Modernizmin beşiyi, doğub və evrim1 evrə2lərini yaşadığı, daha sonra öz antitezi olaraq bilinen postmodernizmi ortaya qoyduğu yer Batıdır. Batı ulusları həm sənətin çeşidli dallarında, həm də gerçək yaşamda modernizasion sürəcini denemişlər. Sənət evrən3inin dayanağı düşdür. Düşsüz sənət olamaz. Gerçək yaşamın da bir ucu əslində düşlərin giz dolu dünyalarında saxlı. Düşlərin qatqısı yoxdursa yaşantı bəlkə bir ağacın yaşamına bənzər. Deyil, ağacın yaşamına bənzəməz, çünkü ağaclar da dalğın yaratılış. Ağaclar da düşlərə dalarlar. Bəlkə bir kökündən qoparılmış ağacın yaşamına bənzər. Düşlərindən ayrı düşmüş ağac. Ya soyundan ayrılmış və qovuşma özləmi ilə inləyən ney kimi:

“Dinləyin! Ney çün hikayət eyləyir

Ayrılıqlardan şikayət eyləyir

Ta neyistandan qoparıldım o gün

Məndə ağlar oldu insanlar bütün

Kim ki əslindən uzaq oldu uzaq

Əslə vəsl için edər daim soraq...”*

Sonsuz düşlərin dərinliyindən yoğrulan gözəllik əngin duyğularla iç içə girib insan bilincində halə bağladığında yır4 yazmaq, daha doğrusu varlığa axış eyilimi ortaya çıxar. Ussalığın5 ürünləri ilə düşlərin giz dolu iç içə girməsinin musiki biçimində yoğruluşu olaraq adlandıralım bu tinsəl6. çalışmalar bütününü. Eskilərdə insan tinindəki oluşumların biçim7səl ifadəsi söz konusu idi. Örnəyin heca və ya əruz vəznində ifadə olunurdu. Yalnız dış dünyanın bir biçimsizlik, sonrasızlıq içində olduğu kimi iç dünyanın da biçimsiz sonsuzluğu söz konusudur. Modern yır isə biçimsiz bir gerçəkləşim istər. İnsanın iç dürtüləri8 də buna zorlamaqdır əslində. Evrim bir doğruluqdur. Evrim olmasaydı insan bezərdi, kəndinə qıyar, intihar edərdi. Evrim, sonsuzluğun zamansallıq içərisində gerçəkləşən görüntüləridir. Biçimsizliyin biçimlənmə sürəcidir evrim. Yalnız biçimsizlik biçimə sığmadığı üçün evrim sürüb gedər. Gözlərinlə dinlər, qulaqlarınla görərsen. İştə Batıda ortaya çıxan bu gərəksinimin zamanla Doğuya axışını gördük. Modern yır haqqında bir çox insan bilgi birikdirdi. Yalnız bu modernizmin bilgi olaraq deyil, sənət olaraq gerçəkləşiminə kəndi dilimizdə tanıq olamadıq, ya da daha az tanıq olduq. Gerçəkləşim isə sənətsəl ifadəsini bulmayınca estetik bir olqu deyildir. Sənətsəl olqu, qavrayıcılıq olanaqlarını dərinləşdirmiş, duyumsal özümsəyiş yetənəklərini genişlətmiş özgür tinlərin özgünlük uğruna çabalarının ürünüdür. Son zamanlar bu eyləmlərə sənət dalında tanıq olmaqdayıq. İştə törələrin, dinlərin kuşatmasında bulunan bu gərəksinimin(zərurətin) biçimsiz dışa vuruşu bir sorun. Yalnız bu sorunu aşan bir özgür qadın tini var: Məlihə Əzimpur.

Var olanın arxasında, içində olan başqa bir “oluş”u da görmək, ya da görüntünün qabığını soyub, söküb “saxlı”nı görmək və göstərmək bəlkə bir şarkı, bir rəqslə mümkün ola bilər. Biçimsizlik iştə bu. Modern yır biçimsəlləşmişliyi, görüntülüyü sevməz. Ölümlü olanlar biçimsəldir. Olumlu olanlar sonsuzdur. Qısqanclıq ölümlüdür, gözəllik olumlu. Bu üzdən də olmulu olan ölümlü olanı “deyillər”9.

Ey...məni qısqanan qadınlar!                                                                       

O qədər gözəldir ki gözləriniz

                                  Günəş güzgüsüdür sankı

                  Gözlərinizi gördükcə

                                                gözəlləşirəm

                                                                 günbəgün

“Deyilləmə” evrim yasası. Dar iç evrənin öz yapısı üzərində genişləməsidir. “...gözəlləşirəm günbəgün” isə bu evrim evrələri. Yalnız bu evrələrdə “deyillənən” əngəllərdir. Qısqanclığı qadınların yanağından sil və orda özünü bul.

Ən gözəl varlıq belə kullanışdan yoxsun buraxılarsa kötülüyə sevq eder. İnsan isə yüksək bir yaratılış olaraq, içinə və dışına uzanan yollar tıkandığında daha tez özünə zərər verər. Çünkü insan kainat kimi yalnız bir doğrultuda devinimdə10 deyildir. İnsanın içindəki devinimə nədən olan gücə əngəlləmə yarandığı zaman o sonrasızlık içərən olanaq kötülüyə eyilimlənər. Kötü duyğular kullanışsızlığın ürünləri. İnsan ən dəyərli varlıqdır. Bu dəyərli varlıq Tanrıya aid olmur. Tanrı ilə eşit olaraq evrəni bölüşür. Ancaq ən sonunda bütün evrəni Tanrıya buraxib və “sən”i seçir. “Sen” çox önəmli. Çünkü “sən”də “mən” də var, evrən də, Tanrı da.

Dünən, Tanrıyla bölüşürdük varlığı.

              Yeri, o götürdü

                                      göyü isə mən.

               Sən, ortada görününcə

                                             göyü bağışlayıb

                                                                səni götürdüm..

“Sən” “mən”in  varlıq nədəni. “Mən” mənliyini bütünü ilə öz içində barındırmaz. “Mən”in uzantısı “sən”dədir. “Mən”i toparlayan, toplayan da “sən” olur. “Sən”siz “öz”ə dönüş olanaqsızdır:

“Səndən dönürəm

                       özümə vara bilməmişəm hələ...

                                                       Məni topla içimə!”

Tinsäl yaşamın dayanaqları var. Yalnız bu dayanaqlar soyutdur11, somut12 deyildir.  Düşüncənin anlata bilməyəcəyi dayanaklar. Bu dayanaqlar itirildiyi zaman içimizdə və dışımızda bir şeylərin devrildiyini görürük, duyuruq. Sarsılış bizi boşluğa sürükler. Varlıq içimizdən, dışımızdan itirilmiş olur. Bu sarsılış heçliyi ifşa edər. Sasılışın ifşa etdiyi boşluğa sürükleniş bir sürec olarak gerçeəkləşər, ancaq bu sürəc hiss edilməz. Yalnız bir an içində tinin dayanaqlarının uçurulduğunu duyarıq. Dərin bir iç sıxıntı içərisində içimizin və dışımızın boşluq qatından işğal edildiyinə tanıq oluruq. Özümüzü savunacaq bütün dayanaqlar da bu ortamda uçurulmuşdur. Sarsılışın içində qıvrılıb duran, itən varlığımız. İnsanın öz içində burxulması, yıxılması tinin dayanaqlarının uçurulması ilə gerçəkləşer. Tin(ruh) öz dayanaqlarını yenidən özü onarar. Biz sarsılışın yaratdığı boşluqdan geri dönürük. “İtgin mən” geri dönür. Heçlikdən varlığa doğru bir axışa yavaş yavaş tanıq oluruq. Heçlikdən varlığa axış görünsə də, heçliyə uğrayış, heçliyə yuvarlanış görünməz bir sürətlə olur. “Dünya mənə dar gəlir” dediyimizdə boşluq bizi sarmış, sarsılmışıq deməkdir. 

“Bütövlüklə şaşırmışam boşluğuma

yenə sən, dəlirtən bir duyğu kimi

Dol-boşala başlayıbsan ürəyimdə

.... ən anlamsız kabuslara yeyilirəm

      və hep sayıqlayıram:

                                        “Hardasan ay itgin mənim

                                         səni hansı oğru çaldı mənliyimdən

-         məni hansı...?!”

*****

Məlihə Əzimpurun yaradıcılığında önemli yer tutan konu həm də onun Türkcəni yeterincə özümsəməsidir. Nər qədər dil o qədər də düşüncə, o qədər duyğu, o qədər düş(xəyal). Dil yalnızca yaradılmış yapıtın nitəliyini sərgiləməz, həm də yaradanın kişiliyi ilə ilgili ip ucları verər. Çünkü dil öyrənilən bir yöntəm deyildir, yaşanılan bir yöntəmdir(sistemdir). İnsanları dilinə görə, dilinin biçəminə12 görə dəyərləndirmək mümkün. Yazınsal13 yapıtın14 estetik özəlliyini, gözəlliyini sağlayan dildir. Məlihə Əzimpurun yazınsal yapıtında dilin görünən sorunsallığı (gramatolojik problem) söz konusu deyildir. Həm də görünməyən sorunsallıq, yəni duyğu, düş, düşücə ənginliyi Türkçənin geniş olanaqlarına dayanaraq gerçəkləşmə çabası içində kimi görünməkdədir. Adını unutduğum bir Batı yazarından bir söyləm yadıma düşür: “Yapıtlarımda kullandığım bəzi sözcüklərin anlamını bilmirəm, onlarla ilişki qura bilmirəm” deyir. Anlaşılan bu ki, insan düşü, düşüncəsi dilin sınırlarını zorlaya bilir. Martin Haydger “Alman dili fikirlərimi ifadə edə bilmir, bir şeylər eksikdir” deyir, sonra da yeni sözlər ürətir. Bu sözlər daha sonra Haydger fəlsəfəsinin şifrələrinə dönüşdü. Düş, duyğu dilin sınırlarını zorladığında dil də özünü doğmaq, doğurmaq zorunda qalar. Dilin sınırları genişler. Dildəki biçəm yazarın iç gözləmlərinə dayanmaqda. İç gözləm bireyə özəl bir olqu və oluşumdur. Dili bireysəl anlamda alqılama, özümsəmə də burdan qaynaqlanmaqda. Var olanın yaratıcı bireyin tinsəl yapısına görə özümsənişi olaraq adlandıralım bunu. Çünkü dil həm də yaratıcı üçün estetik bir nəsnədir. Dillə yalnız dış dünyanı alqılamarıq, həm də iç dünyanın sınırlarını bəlirlərik. Dilimizdə bir deyim var: “Bu söz mənə bətər yer elədi”. Çox doğru bir deyim. Sözlər öncə söyləyənin iç dünyasında özünə yer edər, daha sonra da dinləyənin iç dünyasında yeləşər. Söz söyləyənin harasından qoparsa dinləyənin orasına gedər. Yalnız bu “hara” sözü çox önəmli. “Hara” bir məkandər. Hər kəsdə eyni məkanlar olmaz. Anlaşılmazlıq da burdan başlar. Dərin bir iç məkandan gizli şəkildə qopan bir söz eyni məkanı tapa bilməzsə, yerləşə də bilməz. Çağdaş yır türünün əsrarəngizliyini geniş şəkildə mənimsəmiş Məlihə Əzimpur bəlkə zor anlaşılar, önəmli olan onun özünə özgü sənətsəl yaşamı və bu yaşamın yazınsal biçəmini bulmasıdır.

 



*** . Məluhə Əzumpurun yırları *şeirleri bu sitədən alınmışdır:

       http://www.dalgam.com/melihe.htm

1 . Evrim-təkamül

2 .Ervə- mərhələ

3 . Evrən- kainat, dünya

* . Mevlana.çevirən G.G

4 . Yır-şeir

5 . Us-ağıl, ussallıq- ağıllılıq, zəkicilik

6.. Tin-ruh, tinsəl-ruhi

7 . Biçim-form, şəkil

8 . Dürtü- təhrik, iç dürtü-psikolojik təhriklər

9 . Deyilləmək-inkar etmək kimi. Ancaq inkar etmek degil. İnkar tamamən var olanı yox eder. Deyilləmək isə var olanın əksikliklərini ortadan qaldırar.

10 . Devinim-hərəkət

11 . Soyut-mücərrəd

12 . Somut-müşəxxəs

12 . Biçəm-üslub

13 . Yazınsal- ədəbi

14 .Yapıt-əsər