Güntay

Hüseyn Cavidlə üz-üzə

Cavid, bir oyan, gör nasıl uymuş hələ millət

Turanda yox olmaqdadır özgün mədəniyət

Təbriz, o böyük kənd, nə qədər xaliyi idrak

Din dairəsində o şəhər məhv oluyor, pak

Allah ilə iblis barış yapmış o yerdə

Təsir edəməz zülmətə cadu də sehir də

Dün Allah olan çevrilib olmuş bu gün iblis

İblis, o müəmma bu özümsüzlüyə bais

Ev yıxmada, can yaxmadadır din və şəriət

Qan tökmədə din xadimi, iblisə nə hacət?

Türk insanı ta kəndisinə varmayacaq ya

Heyhat, dağılmaz bu beyinlərdəki xülya

Tarix, o dayanmaz, bizə bu sirri duyurdu

Cavid, bir oyan ey ulu ruh, seyr ele yurdu

Ver bir buyuruq, ver də bu millət bir ayılsın

Külliyətə varsın da bu dünyada sayılsın

Ey ruhi müqəddəs, bizə yön ver bize ey həqq

En gəl də hülul et bizə ey kamili mütləq

Idrakını Türk gəncliyinin beyninə endir

Ölgün bu ulus ruhunu dindir və isindir

Biz əhdə vəfa etmədə Türküz, ulu əsgər

Vicdanımız, idrakımız istər, səni istər

Ver bir buyuruq, ruhumuza şölə saçılsın

Özgürlüyə, özgünlüyə də yollar açılsın

Yoxdur da əsarətdə səadət, duyar olsaq

İştə o zaman qurtulacaqdır vətən ancaq

İndi Qarabag bağrını sökməkdədi düşmən

Ol ruhi müqəddəs çağırıb söyləyir: hey… sən…

Qalx, qurtuluşun dəstanını tarixə bir yaz

Qalx ölkəni özgur qıl ehey, ey ulu sərbaz

***II

Duydum da sənin isteyini ey ulu öndər

Könlüm sənin amirliyini, əmrini bəklər

Çıldırmışam artıq bu şəriət sitəmindən

Sən, qutlu bilinməzləri bilmiş olan eeyy sən

En gəl bana, yaxud da bənim beynimi al aç

Idrakıma, vicdanıma ruhunla işıq saç

Göyler direnib bir-birinə girsə də əlbət

Daim ulu Cavid yolunu getməli millət

Zira nə qədər təhlükəli olsa bu yollar

Ən sonda bu yollar bizi özgürlüyə yollar