Güntay

Etiraz kültürü

Danimarkada, Məhəmməd peyqəmbərin rəsminin istənilməz tərzdə bir qəzetdə yayılması ilə İslam Dünyasında baş qaldıran şiddət içərikli etiraz eyləmləri bitmək bilməyir. Ümmət-i İslama olmazın zülmlər edən diktatorların da dini “qeyrət”ləri qabarmış və Danimarkada, digər Avropa ölkələrindəki karikarur olayı ilə bağlı açıqlamalar yapmış, olayı məhkum etmiş, dolayısı ilə şiddət möhtəvalı etirazı dəstəkləmişlər. Olayla ilgili isə adı gedən ölkələrin yetkililəri öz açıqlamalarında qorxub-çəkinmədən bu hadisəni “ifadə özgürlüyü” anlayışından yola çıxaraq dəyərləndirmişlər. Qərb ölkələrinin bu açıqlamalarını cəzalandıra biləcək heç bir mekanizm Şərq ölkələrində mövcud deyildir. Olsa-olsa əsəbi izdiham Qərb ölkələrinin səfirliklərindən bir qapıçını öldürə bilərlər, ya da qısa sürəliyinə o ölkələrin mallarına embargo qoyarlar. Hadisə unudulduqdan sonra hər şey normallaşar, bu qədər. Zatən İslam ölkələrində alım səviyəsi o qədər düşükdür ki, bu yolla Qərb iqtisadiyatını cəzalandıra bilmələri mümkün deyildir, o ki qaldı Qərbdən silah teknolojisi filan anlaşmalarına bunu almaya bilməzlər, çünkü bu kimi aliş-verişlərdən öfkələnən kütlənin xəbəri olmaz. Kütlə necə soyulub, yoxsullaşdığından xəbərsiz olduğu kimi, bu növ alış-verişlərdən də bixəbər qalar. Şərq, iqtisadi və teknolojik anlamda Qərbin ayağına möhkəmcə bağlanmışdır. Hətta zahirən, İran kimi İslam bayraqdarlığını edən devrimci ölkələr belə, həm Qərbdən, həm də İsraildən asılıdır. İran-İrak savaşı illərində İran bütün savaş teknolojisini dolaylı, ya da dolayısız yolla İsraildən və Qərb ölkələrindən alırdı.

İslam ölkələri diktatorlarının əlinə fürsət düşmüşdür. Bu vəsilə ilə insan haqları və demokrasini savunan Batı dəyərlərini aşağılamaq üçün diktatorların əlinə fürsət keçmişdir. Digər tərəfdən, bu ölkələrdə pluralizmdən, Qərb modeli insan haqlarından və demokrasidən yana olanların diktatorlar tətəfindən sərt şəkildə susdurulmaları üçün fürsət ortaya çıxmışdır. Çünkü qızgın dinçi izdihamların hiddəti də buna zəmin yaratmaqdadır.

Burada böyük Hüseyn Cavidin “İblis” dram əsərindən bu misranı söyləmədən keçə bilməyəcəyəm:

“Şərqin əsəbi yavrusu bilməz ki, nə yapsın”

Qatillərə, yaxud da ki cahillərə tapsın.

Misirdə hər cür insan və qadın haqlarını əzən dövlət başqanının və digərlərinin açıqlamaları bu ifadə etdiyimə açıq örnəkdir. Devlətlərin əsas vəzifəsi milləti zaman içində tərbiyə etmək, aydınlatmaqdan ibarətdir. Bütün aydınlanma hərəkətlərinə mane olan, millətlərin sekularlaşması yönündə hər cür fəaliyətlərə əngəl olan diktatorlar üçün din qaynaqlı bu hiddət və öfkə gərəklidir. Danimarkalı qəzetçilər də bu əmməlləri ilə Şərq diktatorlarının daha da qəddar  və cəllad olmalarına şərait yaratmışlar. Çünkü Qərbdə bu qədər rifahı, insan haqlarını, qadın haqlarını, demokrasını, pluralizmi görmək istəməyən diktatorlar, bir qəzetçinin özəl və münfərid əməlini duyurmaqda sanki bir-birləri ilə yaraışmaqdadırlar. Bu arada birilərinin yadına dərhal S. Hantingtonun “Mədəniyətlərin çatışması” nəzəriyəsi düşür. Güya İslam Dünyası ilə Qərb Dünyası arasında “mədəni” çatışmanın bəlirtiləri görünməyə başlamışdır. Oysa söz konusu gerçək mədəniyət isə, mədəniyətlər bir-birləri ilə savaşmaz, anlaşarlar. İslam ölkələrindəki etiraz kültürünün mədəni olmadığı görünməkdədir. Bir qəzetçinin yanlış davranışının cəzasını nədən səfirliklərdə çalışan, ya da Trabzonda Tanrısına ibadət edərkən öldürülən bir rahib çəkməlidir? Anlaşılan bu ki, bir kərə bu olayın “mədəniyət”lər savaşı ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, İslam ölkələri insanlarının sanki bir alternativsiz hərəkət tərzləri var: “öldürmək”. Hər şeyiin, hər bir olayın açarı ölümmüş! Bir kərə Səlman Rüşdi ilə bağlı olaraq dünya Xumeyni qəddarlığı timsalında bu növ hadisəyə şahid oldu. Keçənlərdə Avropa və sekular Türkiyə Cümhuriyəti qanunlarınca terorist olaraq tanınan Məhəmmədəli Ağca adında bir sapıq zindandan müvəqqəti olaraq çıxdığında “Türk-İslam Ülküçüləri” tərəfindən qəhrəman kimi qarşılandı və “Türkiyə səninlə qürur duyuyor!” şüarları ilə istiqbalına varıldı. Bütün Dünya TV-ləri bir teroristdən necə istiqbal olunduğunu göstərdi. Ağcanın “qəhrəman”lığı nə imiş? Vatikan Papasını öldürmək istəməsi. Bütün bunlar göstərir ki, Qərbin insan haqları planındaki gəlişmələrinə rəğmən, Şərq öz fanatikliyində qalmaqda israrlıdır. Elbəttə ki, Şərqin cəhaləti Qərb qəzetçilərinin məsuliyətsiz davranmalarına səbəb olmamalıdır, çünkü bu arada zərər çəkən nə İslamdır, nə də İslam ölkələrindəki diktatorlar. Zərərə uğrayan əslində cəhalətdə saxlanılmış, fəqihlər, din xadimləri, diktatorlar tərəfindən cahil qalmağa məhkum edilmiş zəhmətkeş kütlələrdir.

Son zamanlar Amerika Birləşik Devlətlərinin “Böyük Orta Doğu Projəsi” planı haqqında söz-söhbət gedir. Bunun tam olaraq nə olduğunu bu projəni ürətənlərin dışında kimsə bilmir, lakin bəzi təfərrüatı haqqında dışarıya bilgi sızmışdır. Bu projənin içində Qərb klassiklərinin və bütünü ilə qərb mədəniyətinin İslam öklərinin dillərinə tərcümə edilməsi də yer almışdır. Bu, çox böyük insani xidmətdir. Amerika bu əməli ilə nəyi və hansı mənafeyini təqib etməsi bir yana dursun, ancaq bu iş Şərqin cəhalətdən qurtuluşu üçün bir təkan ola bilər.

Bu arada Şərq və Qərb qavramları üzərinə də bir şeylər söyləmək lazımdır. Globallaşma çağında Şərq və Qərb sadəcə coğrafi bir məfhumu ehtiva etməməkdədir. Hər iki qavram sosiolojik, psikolojik, sivilizasion, ekonomik və... anlamları ifadə edər. Mədəniyət baxımından Qərbin hüdudları daha genişdir. Çünkü Şərqin də bütün əski və mövcud insani dəyərlərini Qərb mühafizə etməkdədir. Qərb jeopolitik məkan olaraq bir müsəələsdən (üçbucaqdan) ibarətdir: Qərbi Avropa, Japoniya, Amerika. Lakin mədəni qavram olaraq daha içəricidir. Dünyanın harasında olursa-olsun insan haqlarından, pluralizmdən, demokrasidən yana olan bir insan varsa, o qərblidir, Qərb mədəniyətinə mənsubdur. Çünkü modernizmin, insan haqlarının doğub dünyaya yayıldığı yer Qərbdir. Bu səbəbdən Böyük Atatürk də bir Şərq diktator insan tipi kimi deyil, demokrat  Qərb insan tipi kimi tarixdə öz yerini almışdır və Atatürkün də bəlirtdiyi doğrultuda Türk millətinin fikri, kültür və politik planda Qərbə doğru yürüməsi, qərbli olmağa çalışması “Qurtuluş mücadiləsi”nin davamı olaraq anlaşılmalıdır. Qurtuluş sadəcə Türkiyəni maddi planda qurtarıb və onun sınırları içində din mərkəzli bir xilafət dövləti qurmaq deyildi, qərbli olmağa çalışmaq, Qərb metodolojisini özümsəməyə qeyrət etmək qurtuluşun mənəvi tərəfini təşkil edər. Baxmayaraq ki, Türkiyə bu yolda çətinlik çəkməkdədir, çünkü siyasəti İslamdan ayırmaq şəriət qanunlarına görə küfrdür, şirkdir və bu şirki ortadan qaldırmaq “cəhad” olaraq tanımlanır. İslam siyasi bir dindir. Bu üzdən də bəzi şərq ölkələri istəsələr də sekularlaşa bilmirlər, toplumun inancından gələn dürtülər, təhriklər izn vermir. Şərq özünü anlaya bilməsi üçün Qərbin metodolojisinə möhtacdır. Gerçəklər bu şəkildə anlatmaqdadır ki, Şərq qərbləşdikcə şiddət eyləmli etirazlar azalacaq və şiddət planındaki ənerji bilgi planına daşınacaqdır. Bu baxımdan Qərb, fəlsəfi, mədəni, tekniksəl anlam olaraq Qərb coğrafiyası ilə sınırlı deyildir, oysa Şərq öz coğrafiyası ilə sınırlı və öz içinə qapalı dar dünya görüşündən əl çəkmir. Hər bir insan dünyanın harasında olursa-olsun bir şəkildə Qərb mədəniyətinin ürünü olan teknolojilərin təsiri altındadır, bu təsir zamanla öz etkisni həyatın bütün sahələrində göstərməkdədir. Yalnız bu gün Şərq elə miskin və zavallı durumdadır ki, Qərbdəki hər hansı bir macəraçı adamın (məsələn bir qəzetçinin) pravakasionu onu çıldırda bilir. Eyni zamanda bir macəraçının əmməllərinə təpkinin cəzasını Şərqin bədbəxt insanları çəkir. Dünya televizionlarında görünən bu çıldırmış kalabalıkların davranışı Şərqin aydınlanması üçün ən böyük maneədir. Diktatorların yerlərini daha da bərkitmələrinə səbəb olur. Gözlərinin önündə hər türlü qeyri-insani rəftarlara şahid olan Şərq kütləsi səsini çıxarmaz, hər cür zülmə dözərkən, nədənsə bir macəraçını protesto etmək üçün ən öfkəli şəkildə gücünü ortaya qoyur. Hanı, İslam “zülmə qarşı dirənin” söyləmişdi!

“Etiraz” və “savaş” qavramlarını ayıran sınırlar var. Etiraz adam öldürməklə gerçəkləşməz. Bu gün İslam ölkələrində görünən bu davranış “etiraz” deyildir, “savaş”dır. Sadəcə Şərq zəif, yorğun və düşgün olduğu üçün, bu savaş enerjisi öz içinə yönəlir, özünə zərər verir. Nə yaxşı ki, Şərq zəifdir, yoxsa Qərbdə olan imkanlar İslam ölkələrində olsaydı, bir qəzetçinin suçu üzündən milyonlarca insan qətl edilərdi. Nə yaxşı ki, dünyanın aparıcı gücü əskidən olduğu kimi dini duyğular deyil, insan zəkasıdır. Ağıldır...

07.02.06