Güntay

Din-iman fərqliliyi

Din

1. Din, qutsallaşdırılmış tarixi rəmzlərlə doldurulmuşdur. Bu rəmzlər insan haqlarına sayqı göstərməz, özünün yaşaması üçün insan haqlarını inkar edər. Bu rəmzlər insan həyatından üstündür.

2. Dində həcc kimi mənasiklər mövcuddur.

3. Din ələni (gizlin olmayan) və təzahürlərdən ibarətdir.

4. Din ictimaidir.

5. Din fərdiyətçiliyə, fərdi buluntulara qarşıdır. Din özünə məxsus tarixi ənənələrə sahibdir və bu ənənələrini fərdə təlqin edər, fərd qəbul etməsə, onun dərisini soyar.

6. Din yeniliyə, tərəqqiyə qarşıdır və yeni insan tipini qəbul etməz. Dinin insan tipi, tarixi, dəyişməyən və təqlidlərlə mutlu olan insan tipidir.

7. Dində fərdi iradə mövcud deyildir, başqalarının iradəsi fərdə hakimdir.

8. Din fərdi təcrübəyə dayanmaz və inanmaz. Tarixi təcrübə adı altında başqalarının iradəsi fərdə empuzə edilir (sırılır).

 

İman

 

1.     İman fərdidir.

2.     İman gizlindir, görünür deyildir. Çünkü iman fərdin əzabları, şübhələri nəticəsində uzun zaman içində əldə edilən bir olqudur. İman, insanda fərdin axtarışlarına məxsus şəkildə Tanrı anlayışını sağlar.

3.     İman planındaki sıçrayış  fərdi iradəyə və ümidlərə əsaslanar.

4.     İman inctimai deyil, fərdidir, xüsusidir.

5.     İman fərdin iç mənəvi enerjisini hərəkətə keçirər, din insanın fərdi enerjisini söndürməyə çalışar.

6.     İman gələcək yönümlü, din keçmiş yönümlüdür. İman gələcəyi, din keçmişi idealizə edər.

Çağdaş insan və modern dünya dindar insanı mürtəce olaraq tanımlarkən, inanclı, imanlı insanı qəbul edər. Dinin yerini fəlsəfə aldıqca, din əskimiş və tarixə buraxılacaqdır. Modern insan, din xadimlərinin fətvalarına uymaz, öz elminə, öz ağlına güvənər. Başqalarının elmindən, təcrübələrindən faydalanmaq, insanın öz ağlını başqasına buraxması və öz iradəsinə başqasının hakim olması anlama gələməz. İnsanlıq tarixində dinlər yalnız savaşlara, vəhşiliyə səbəb olmuşdur. Dinə etiraz olaraq Qərbdə fəlsəfi, Şərqdə təsəvvüf cərəyanları ortaya çıxmışdır. Təsəvvüf, siyasiləşmiş dinə qarşı etiraz olaraq meydana çıxmışdır, lakin sosial planda qurtuluş planı olmadığı üçün, sadəcə güclü şəxsiyətlər yetişdirmişdir. Toplum yenə də qurtulmamışdır. Qərb düşüncə həyatı, dini, insanın sosial həyatından tam sildiyi üçün millətlərin qurtuluşu və mutluluğu sağlanmışdır. Qərbdə din, sosial-siyasi plandan çıxarılmış, dışlanmış və fərdi planda riyakar olmayan imanlı insanların yetişməsinə özən göstərilmişdir. Din, ictimai və siyasi planda durduqca, ikiüzlülük, insanların qaçınılmaz xüsusiyəti, xasiyəti olacaqdır. Tanrı da iqtidarın, gücün qulluğunda duran vasitə olacaqdır. Din, Tanrını göydən yərə endirmiş, insanların qəlbindən çıxarmış, siyasətin xidmətinə təslim etmişdir.

09.02.06