Güntay Gəncalp

Dil-qulaq ve dil-göz

Insan, dili önce eşitme duyusu (hissi) yolu ile öyrenir. Eşya önce sesle beyinde yansıyış şeklini tapar. Göz isə sesin beyine yansıtdığının tesvirini gerçek alemde örneklendirer. Qulaq yolu ile beyinde oturub ve gözle tesvirleşen söz ve sözterkibleri sözün şekilini de beyinde biçimlendimelidir. Meselen “deniz”, “çörek”, “dağ” kimi sözleri nezerde tutalım. Bu sözler önce ses ve sonra da eşya olaraq göz aracılıgı ile beyinde hekk olar. Lakin hemin sözlerin yazıya alınmadıgı müddetce söz kimi, hansı herflerle, hansı yazılışla beynide hekk olunmasından söhbet gede bilmez. Yazı ile bir madde beyinde alqılayış(alınıb menimsenme prosesi-idrak etme prosesi) türünü doğurar. Qulaq yolu ile alqılama (idrak etme) süreci göz yolu ile yekunlaşar. Yazı dili əslində səslənişin göz yolu ilə tesvirlenişi demekdir.  

Bu bağlamda postmodern felsefenin öncüllerinden olan Jak Drida´nın bu mövzu ile ilgili olaraq ilginc tesbitini burada yazmadan keçe bilmeyeceyem. Jak Drida deyir: “Sırf təmayüzatdan (seçkinliklerden) müteşekkil olan dil insana tabe deyildir. Bu o demekdir ki, insan dile tabedir. Bu nedenle de insan temayüzden qaça bilmez. Çünkü bu seçkinliyi sağlayan dildir. Bu esasa göre insanın özü ile de temüyüz ve mesafesi söz konusudur.” Ve davam eder Drida : “Gramatoloji ləfzlerin kağız üzerinde yazılmasından tutmuş ressamlıq, film, musiqi, heykel teraşlıq, idman, herbi teknikler, siyasi terminleri ve hetta sibernetik saheni ve hücrelerin (sellulların) içindeki bilgileri ehtiva eder. Gramatolojinin sosioloji, teknoloji, riyaziyat, elm, ideoloji, din ve aile yapısı ile qırılmayan əlaqələri var. Gramatolojinin sahesi o qeder genişdir ki, hetta dilçilik elmi özü onun içinde sadece birce bölümü teşkil eder”*  Diqqet edilirse Dridanın  da ifade etdiyi bu geniş dil alanı ancaq ve ancaq dil-göz ilişkilerinin ürünüdür.

Bu üzden de yazısı olmayan dilde dille qulaq arasındaki münasibetler dille göz arasındaki ilişkilere tam olaraq intiqal etmez. Yəni dilin gözle olan ilişkisi yüksek ve derin ilişki sitemine daşınmaz. Besit ilişkilerde ilişib qalar. Bu da zehni bütünlüyün parçalanmasına ve zehni-fikri hereketin tercih istiqametinin itirilmesine neden olar. Ferd öz fitretini unudub, buraxıb özge fitretini yaşamağa özenir. (Türkün Türk deyerlerine qarşı çıxması kimi)

 Belli bir yaş sınırından sonra qulağın dile vereceyi bir şey qalmaz. Dilin biçimlənməsinde, genişlemesinde, derinleşmesinde daha çox göz önemli rol üstlenir. Dilin derinleşmesini sağlayan gözün dile yansıtdığı dünyalar, deyerler olar ve yazı en çox bir göz eylemidir. Herflerin, sözlerin ve cümlelerin kağız üzerinde tesvirinden başlamış, derin elmi mevzuları ehtive eden kitabları oxumaq, ancaq ve ancaq gözün eylemidir. Bir sözler gramatolojinin ehtiva etdiyi bütün mövzular göz eylemi sayılır. Dilin şekillenişinde, elmileşmesinde diger beden üzvlerinin de(beyin, el ve s) rollarr vardır, ancaq direk rol gözün ve qulağın üzerine düşmekdedir. İlk yaşlarda qulaq ve daha sonar göz.

Rus dilçisi Georgi Lazanov*`a göre bir dilde standardizasionun sağlanması üçün 4 temel etkin şərt mevcuddur. Bu 4 şertden ikisi gözun ve ikisi de qulağın ve ya 50 faizi gözün ve 50 faizi de qulağın işidir. Bu 4 şərtler hansılardı.?

1.     yazma 2. Oxuma(göz eylemi) 3. eşitme 4. eşitdirme (qulaq eylemi)

Güney Azerbaycanda milli dilde tehsil olmadığı üçün birinci 50 faiz mevcud deyidir. Ikninci 50 faiz de tam deyildir, çünkü birinci 50 faizin olmaması ikinci 50 faizi de etkilemekdedir. Bu nedenle de Güneydeki oxumuş insanlar öz dillerinde danışdıqlar zaman çoğu kez Fars dilinin strukturuna esasen danışarlar, çünkü tefekkür dili Farscadır.

Bu üzden de Fars şovinizmi bizim dilimizi yasaq etmesi ile sadece milli kimliyimizi, tefekkürümüzü texrib etmemiş, hem de bizim idrak gözümüzü kor etmişdır. İnsanlar ana dilinde sözleri ve cümleleri kağız üzerinde tecessüm ede bilmez durumdalar. Ve yaxud ana dilde orfoqrafik şüura sahib deyiller. Milli dilde gözün fealiyyetinin qısıtlanması milli tesevvüratı, texeyyülatı ve tecessümatı da qısırlaşdırmışdır. Netice etibarı ile de beyinin geniş miqyasli fealiyetleri engellenmişdir.

Bizim xəşen, toleranssız olmamızın, gergin psikoloji daşımamızın, ortaq dəyərlər əsasında örgütlənə bilmədiyimizin temelinde de dil ve göz arasındaki tebii bağların, bağlantıların qoparılması dursa gerek. Bizim beynimizde, dolayısı ile də ruhumuzda başqa bir dilin yazısı, grameri ve o dilin psikolojik özelliyi meskunlaşmışdır. Beynimiz ve ruhumuz işğal edeilmişdir. Çünkü milli dilde yazıb oxumadıgımız üçün (göz fealiyeti) bir çox reflekslerimiz itirilmişdir. Milli hedeflerin derin felsefi boyutlarını görmek, düşünmek zor ve bəzən də qeyri mümkün olmuşdur. Bu da zamanla milli karakterden mehrum edilmiş boş, sergerdan ya da farslaşmış insan tipinin meydana gelmesine zemin yaratmışdır. Bu nedenle de bir çox Fars şovinistinin Türk olmasına şahid olmaqdayıq. Bit Türk Fars şovinisti ola bilmez mi? Elbette ola biler. Öz dilinin garamatik özelleyini ve gözelliyini bilmeyen, sistem terefinden dehumanize edilmiş(insansızlaşdırılmış, şexsiyetsizleşmiş) adam her tür rezalete teslim ola biler. Çünkü milli karakter bioloji meselesi deyil, milli dilde təlim ve tehsil almaqla var edilen, hem de yüz iller boyunca aşama aşama var edilen bir olqudur(pədidədir). Qulaq dilinin oluşdurduğu deyerlere, görgülere göz dilinin qatılmadığı üçün yabancı deyerlerin “fedaisi” olan bir sürü nadanızmız vardır. Çünkü adamın gözleri əslində kor edilmişdir. Ç. Ayetmatov “Əsrə bərabər gün” romanında bu özünü bilmeme, tanımama ve sonar da özünə qənim kəsilmə düzeyine getirib çıxaran eylemler bütününü “manqurtlaşma” olaraq adlandırar.  

Şifahi söylencelerin (efsanelerin) ve inancların formalaşmasında qulaq öz etkinliyini sürdürmekde iken, elmi tefekkürün biçimlenmesinde öncüllük gözün üzerine düşmekdedir. Bu üzden de yazıb-oxumaqdan (göz fealiyetinden) mehrum olan dedelerimiz, nenelerimiz ne qeder bayatı, nağıl, tapmaca ve diger folklor ünrürlerini derinden bilseler de, göz fealiyetini gerekdiren bilimsel çalışmalardan ulusal dilde yoxsun buraxılmışlar.

Bele bir ortamda bir “ana dili” bir de “ana dil” qavramları ortaya çıxar.

Ana dili sadece anadan-atadan ve çevreden öyrendiyimiz dilden ibaretdir. Ən çox da qulaq dolayısı ile şekillenme sürecini yaşayar. Ana dili hem de bizim tefekkürümüzün, texessüsümüzün, texeyyülümüzün, bilgimizin ve duygularımızın dili olmalıdır. Bele olduğunda ana dili hem de ana dil (esas dil) olar. Bizde bele deyildir. Çünkü bizde dil ve göz arasında iş birlikdeliyi mevcud deyildir. Bu üzden de ana dili bizde ana dil (esas dil) deyildir.

Bizde ana dil(elm, bilgi, edebiyat, tarix, felsefe, bioloji, fizik, kimya, cografiya, teknik ve s dili) Fars dilidir. Bu sebebden de Güneyli insanlar öz dillerinin gramatik qaydalarına göre birce fikiri bele yazılı olaraq ifade etmekde zorluq çekerler. Fars dilinde rahatca her şeyi yazılı biçimde ifade etmeyi ise başararlar. Bu arada çox qeribe bir tezad meydana çıxar. Güneyde Fars dili çocuqluqdan qulaqla temasda olmadıgı (qulaq dili olmadığı üçün) üçün, hetta ali tehsil almış insanlar bele, Fars dilinde ya danışa bilmezler, ya da çox zorluqla özlerini ifade ederler. Bunun tarixi örneyini Nasir Xosrov “Sefer name” adlı eserinde verer. Nasir Xosrova göre böyük bilim adamı olan Qetran Tebrizi Fars dilinde danışa bilmezmiş. Bu da doğaldır, çünkü Qetran Tebrizi de fars dilini eşidecek bir ortamda yaşamadı, yalnız kitab yolu ile Farscanı öyrenmişdir. İndiki zamanda olduğu kimi. Bu da onu gösterir ki, 11-ci əsrdən günümüze qeder milli heyatımızda heç bir gelişme olmamışdır. Sadece 20-ci əsrdə yayğınlaşan Fars dilinde oxullar sebebi ile daha çox soysuzlaşmış, asimile edilmişik.

Ana dilinin ana dil olmaması toplumda ruhsal ve fitri pozuqluğa, milli xesteliye, psikolojik gerginilye neden olmaqdadır.

Sövqi tebii ile (intuition-bir başa idrak etme) ve ya milli xilqet, milli fitretle yaşantı arasında olan uyumsuzluq, uyğunsuzluq toplum çapında kaos ve karaktersizlik yaratmaqdadır. Toplumsal kaosun bireysel karaktere yansıma örneklerine bütün sahelerde tanıq olmaq mümkündür.

Bu toplumsal kaosu giderecek, ortadan qaldıracaq yalnız ve yalnız bir qurtuluş yolunun var olduğu sezilmekdedir: Ana dilinin ana dil olması



* . Bu bilgini not defterime İranda yayınlanan “Ettelaat-e eqtisadi siyasi” dergisinden almışdım. Ancaq ne yazıq ki, derginin ilini ve sayını defterime yazmamışam.

* . Fin dilini öyrenirken öyretmenin verdigi bilgi