Kondratov:

Dilçilik saatı

Çeviren: Güntay Gencalp

Dil rəmzlərdən, işarelerden ibaret olan bir sistemdir. Bu sistem vasitesi ile biz dunyanı yeniden qururuq, taniyiriq. Ancaq dilin saat olmasını da idrak etmishler. Yani sözlerin, qavramların deyişim süreti ile zamanın teyin edilişi, tarixi dönemlerin belirlenmesi mumkundur.

***

XVIII əsrə qeder avropalıların dünya tarixi haqqındaki tesevvürleri Homerin qeleme aldığı hadiselerden ve Tövratın revayet etdiyi “Ehd-i Etiq”den o üze getmirdi. Esasen XIX əsrden başlayaraq humanitar elm sahesinde (dilçilik, sosioloji, arkeoloji, kulturoloji, psikoloji, edebi tenqid ve s.) olduğu kimi deqiq elmlerde de böyük inkişaflar meydana çıxar. Bütün elmi nailiyetler tarixin yaşını tesevvürlere sığmayacaq derecede gerilere, uzaqlara aparır. Elmi nailiyetler sübüt edir ki, insan bir milyon il önceden yer küresinde mövcud imiş. Ingilis sosioloq Leaky´nin araşdırmalarına göre melum olmuşdur ki, insanın yaşam tarixi bundan da daha gerilere getmekde ve bir milyon yarımla iki milyon ili ehtiva etmekdedir.

Lakin “insan ömrü qedimliyinin artması” yalniz XIX əsrdeki elmi inkişafların neticesi deyil. Bu devrde dillerin, qövmlerin, medeniyyetlerin, tarixi hadiselerin şerhi nağılvarilikden, revayetçilikden çıxarılıb   elmi gerçeklikler zemininde oturtuldu.

XX əsrde humanitar elm saheleri deqiq elmlerin qetiyyetini mənimsəməyə başladi.

Dilçilik, tarix, psikoloji, sosioloji, edebi tenqid, kulturoloji kimi humanitar elmler fizika, kosmoloji, riyaziyat ve diger deqiq elmler kimi araşdırmaçıların “şexsi ve zehni etiqad, münasibet ve teessubkeçülüyünden” qurtarmaq telaşına girmişdir. Bu üzden araşdırmaçılıqda humanitar ve deqiq elmlerin mentiqi vehdeti sağlanılmışdır. Bu gün riyaziyat psikolojinin ve dilçiliyin, fizika ve kimya arkeolojinin, kosmoloji ise tarixin yardımına girişmişdir.

Humanıtar elmlerin en böyük problemi “zaman” meselesidir. Bu ve ya diger hadiselerin baş verdiyi “zaman”ı müeyyen etme, o hadisenin mekanını ve baş verme sebebini belirleme qeder önemlidir. XX əsrde çox ince ve elmi metodlar keşf etmişler. Bu metodların yardımı ile en eski hadiselerin “zaman”ını deqiqliyi ile müeyyen etmek mümkündür. “Bu hadise 1781 il miladdan önce baş vermiş”, “Bu hadisenin tarixi beş yüz il miladdan önceye dayanır” kimi ifdadeler çox eşitmişik. Ancaq nece sübut etmek olar ki, filan hadisenin en deqiq tarixi 1781 il miladdan önceye dayanmaqdadır?

Şübhesiz ki, bu hadisenin canlı şahidi yoxdur, ancaq cansız şahidler çoxdur. Eski elyazmalar (Misir me´bedlerinin divarlarına hekk olunmuş hiroqlifler, Sumerlerin ketibeleri “feleklerin elametleri”nden söhbet açırlar. Xüsuf( ayın tutulması), küsuf(guneşin tutulması) ve quyruqlu ulduzlarin zuhuru hadisesini qeyd edirler.

Kosmoloqlar (göy bilimcilər) min iller sonranı (geleceyi) göre bildikleri kimi min iller önceki “feleklerin hadisesi”ni de asanlıqla müeyyen ede bilirler. Bu uzden “feleklerin elametleri” kosmoloqlar üçün “saat” rolunu oynayır. Kosmoloqlar bu elm vasitesi ile min iller önce baş vermiş hadisenin deqiq tarixini bir il eksik ve ya artiq ferqle müeyyen ede bilirler.

Ancaq eger heç bir yazı, xett, işare elde edilmezse hadiselerin baş verme tarixini nece müeyyen ede bilerik?

Unutmayaq ki, insanın yer küresindeki mövcudluğu, yaşam tarixi xettlerin ixtirasından min iller öncelere gedir. Diger terfden bəzi milletler son yüzilliklerde, bir xeylileri ise XX əsrde yazmağa, elifba seçimine başlamişlar. Afrikanın, Avstralyanın, Cenubi Amerika sakinlerinin bir qisim qövmleri ise hele yazi şüuruna qovuşmamışlar.

Eger hadisenin baş verme zamanı bizim içinde yaşadığımız əsrden çox uzaq olmazsa bir alimin istifade etdiyi metoddan yararlanaraq hansısa bir etnosun belli cografiyaya gelişini ve ya hansısa bir cografi mekandan gedişini belli ede bilerik. Bu alim belli bir qövme mensub olan ve oz qövmünün nağıllarını, efsanelerini ezber bilen insanlardan müxtelif suallar soruşmuş. Bu sual soruşma neticesinde belli olur ki, onlar bütün qebile başçılarının adlarını nağıllaşdırmış, efsaneleşdirmişler. Bu alim her bir qebile başçısının başçılıq müddetini ortalama 25 il nezere alaraq, bu müddeti başçıların sayına çarpar ve o qövmün o erazide meskunlaşma tarixini müeyyen eder.

Ancaq bu metod deqiq olsa bele, onu üç əsrden artıq bir zamana tetbiq etmek mümkün deyildir. Son iller alimler efsanelrin ve nağılların xaricinde daha tutarlı ve elmi bir metod keşf etmişler. Bu elmi metod vasitesi ile tarixden önceki hadiselerin zamanını müeyyen etmek mümküne çevrilibdir. Bu metodun inandırıcılığını ve elmiliyini tesdiqləmək üçün radioaktiv karbondan (C14) istifade etmişlər.

Bütün canlılar, heyvanlar ve bitkiler belli miqdarda radioaktiv karbonları daşıyırlar ki, her zaman ve her yerde o miqdar sabitdir. Canlı öldükden sonra devamiyyeti olmayan bu ünsür sabit bir süretle yox olmağa başlar. Bu üzden sümükler, ağaclar ve ya her türlü özünde radioaktiv barındıran madde bir növ “saat” sayıla biler ki, bu saat zamanın keçişini təsbit etmek üçün çox önemlidir.

Arkeoloqlar, paleontoloqlar(fosilşünaslar) belli tebii hadiselerle bagli olaraq yer altında bastırılmışcasına qalmış canlıların qalıqlarındaki radioaktiv karbonu inceleyerek hadisenin baş verdiyi zamanı mueyyen ede bilirler. Misal üçün alimler bu metoddan istifade ederek, sübüt etmişler ki, Amerika sakinleri 30 min il önce ateşle tanışmışlar(önce bu müddeti teqriben 5 ve ya 6 min il tesevvür edirdiler). Göründüyü kimi inkişaf etmiş elm, boyuk tarixi bir yanlişliğa aydınlıq getirmişdir. Bu üzden de arkeoloqlar, paleontoloqlar ve tarixçiler deyerli bir “saat”a sahib olmuşlar. Bu “saat”ın  aracılığı ile en uzaq hadiselerin tarixini müeyyen etmek mümkündür.

Dil il sayarliğı

Ancaq “tarix tapma” karbon 14 aracılığı ile mümkün olmazsa o zaman ne etmeli? Çünkü canlıların qalıntılarını elde ede bilmemek de olar. Meseln dildeki deyişikliyi karbon 14 vasitesi ile nece müeyyen etmek olar?

Burada arkeoloji, kosmoloji (xüsuf, küsuf, quyruqlu ulduzların seyri) kimi diger saat türlerinden yararlanmaq mümkündürmü?

Son zamnalr bele bir “saat” bilim adamları terefinden keşf edilmişdir. Belke de burada “keshf” sozunu yazmaq düzgün olmaz. Çünkü bizim her an istifade etdiyimiz saat “keşf” sayıla bilmez. Bu “saat” eslinde dildeki qavramlardır. Her kes dilin bir dəyişim prosesi içerisinde olduğunu bilmekdedir. Lakin bu deyişim saatın saat sayar eqrebesinin hereketi kimi zahiren duyulmaz ve gorunmezdir. “Dilçilik saatı” saatın saat sayar eqrebesi esasında düzeldilmişdir. Dildeki deyişikliklere esasen keçmişdeki hadiselerin baş verme zamanını ve tarixini tapma metoduna “dil il sayımı” (glosschronoloqie) ve ya “qavram statistikası” (lexicostatistique) deyilmekdedir. Çünkü statistic (amari) metoda dayalıdır. Dilin, zaman keçdikce deyişikliklere meruz qalmasına reğmen, bu deyişiklik butun zamanlarda ve sahelerde eyni süretle olmaqdadir. Bir qisim sözler bütünü ile deyişilirler.

Köklü terminler

Dilin deyişimlere meruz qalmasına reğmen, atalar ve oğullar, babalar ve neveler bir-birleri ile danısha bilir, anlaşa bilirler. Bu anlaşa bilmenin sebebi odur ki, dili teşkil eden bir çox basırıntılı(moterakem) sözlerden sadece bir qismini bilmek yeterlidir. Dilin ilkin yatırımı(sermayesi) adlanan ifade bu kimi sözlerden oluşmaqdadır. Dilin “ilkin yatırımı” çox feal, canlıdır ve onun deyişmesi ağir ve hedsiz derecede yavaş olaraq gerçekleşer. Meselen Rus dilinin bugünkü “ilkin yatırımı” ile Böyuk Pyotr zamanındaki “ilkin yatırım”ı eynidir ve deyişmemişdir.* Bu arada bele bir sual ortaya chixir: neden bəzi sözler süetle, bəzileri ise çox yavaş bir deyişime uğrayır?

Bu haqda dilçi alimler bele düşünürler: “Biz çox güclü bir motorun tezyiqi ile qarşı-qarşıyayıq ki, onun süretini iletişim(qarşılıqlı deyişim) ve ilişkilerin (münasibetlerin) zeruriliyi müeyyen edir.”

Bir az önce dili saata benzettik ve dedik ki, onun saat sayar eqrebesinin hereketi gözle görünmür. Bu benzetmeni davam etdirib deyirik ki, dilin de saat kimi iki eqrebesi vardir. Böyuk eqrebe ve ya “deqiqe sayar” ki, süretle hereket edir ve cemiyyetin medeni heyatinda baş veren her tür deyişikliklere tepki(reaksion) gösterir. Bu hereketi gözle görmek mümkündür. Ancaq kiçik eqrebe ve ya “saat sayar” (yani temel sözlerin eqrebesi) asta, çox asta bir süretle irelleyir, deyişir.

“Kulturel” terminleri süretle etkileyen sosial deyişimler; savaşlar, elmi keşfler ve gündelik heyatın hadiseleri dilin ilkin yatırımını deyişdire bilmirler. Dilin deyişimini her kesin görmesi mümkündür. Ancaq “dilchilik saatı” anlayışı 1940-50-ci illerde bilim dünyasına teqdim edilmishdir.

Qeyd edildi ki, “dilin ilkin yatırımı” karbon radioaktiv kimi tedricen, uzun müddetli bir zaman içerisinde zavala uğrayır. Bu zaman bele bir sual meydana chixdi: “Bir növ saata benzeyen “dilin ilkin yatırımı”nın deyişim süreti vasitesi ile keçmiş zamanların, uzaq tarixi hadiselerin vaxtını müeyyen etmek mümkündürmü? Bu suallar bir gün Amerikalı alim Muris Svadesh´in ağlında “tesadüfen” (özü demişken) yarandi.

Muris Svadesh deyir: “ümumiyyetle bu keşfe sebeb olan axtarışlarımın hereket verici ünsürü karbon on dörd(C14) vasitesi ile “tarix bilme” metodu idi. Bu zeminde elde edilmiş irelileyişler meni terminlerin deyişme süretini araşdırmağa sövq etdi.”

Davamiyyet charpısı (Zəribe dəvamiyət)

“Dilçilik saatı”nın “radioaktiv saatı” kimi deqiq olması gözlenilmemelidir. Çünkü dil toplumun, radioaktiv ise tebietin mehsuludur. Diger terfden dildeki deyişimlerin çox asta ve cüzi olmasına reğmen, biz daha uzaq tarixi hadiseleri, minillikleri arashdırmaq mecburiyyetindeyik. Ancaq “dilin ilkin yatırımı” bazen iki üç min il müddetinde deyişilmez olaraq qalır. Dilin “saat sayar” eqrebesinin hereketini müeyyen etmek üçün bele bir metoddan yararlanmağa çalışdılar: min illik bir zaman müddetini nezere alaraq statistik metodlarla Ingilis dilinde 950-ci ilden bu güne qeder sabit ve deyişmez qalan bir qisim “temel sozler”i müeyyen etdiler.

Dilin ilkin yatırımına mensub olan 215 termini qeyde aldıqdan sonra belli oldu ki, bu sozlerin yüz doxsanı (85 faizi) min il zaman müddetinde sabit ve deyişmez qalmışdır.

Bu arada diger bir sual ortaya çıxdı: bu elmi tetbiqat bütün diller üçün  keçerli ola biler, yoxsa yalnız Ingilis dili üçün keçerlidir?

Ardicil inkişaf eden elmi araşdırmalar bu sualı cavablandırdı. Alimler eski daş yazılarını bu yazının yazıldığı tarixle beraber araşdırdılar. Bu ketibeler alimler üçün bir növ “tarix saat”ı kimi hadiselerin ve araşdırmaların deqiqliyini sübut etmek üçün ip ucu verirdi. Bu tarix saatı vasitesi ile alimler “dilçilik saatı”nı tenzim etmeye çalışdılar. Fransız, Portuqaliya, Ispaniya, Rumuniya dilleri Latın dilinden qopmuşdu. Indi bu dillerin temel sözleri (215 söz) min il müddetinde ne qeder deyişilmişler?

Deqiq statistik araşdırmaların verdiyi melumata göre adı çekilen diller “temel sözler”ini aşağıdaki miqdarda sabit ve deyişilmez olaraq qoruyub saxlamışlar. Rus dili 77%, Fransizca 79%, Portuqalca82%, Italiyan ve Ispaniyolca 85%!

Bu reqemler heyret doğuracaq derecede bir-birine yaxındır. Eski Alman dili ile bu günkü Almancanın müqayisesi de gösterdi ki, bu dil de 78% temel sözlerini saxlamışdır. Bu arada diger bir sual ortaya çıxdı ki, belke bu hadise, yalniz Avropa dillerine aiddir ve diger diller bu araşdırma metoduna tabe deyiller.

Bu üzden Şerq dillerine de bu araşdırma metodunu tetbiq etmeye çalışdılar.

950-ci ilden istifade edilen Çin dilinin “temel sozler”i ile bu günkü temel sözleri arasındaki müqayise gösterdi ki, bu dilin 79% “ilkin yatırım”ı deyişilmezliyini, sabitliyini saxlamışdır. Bütün bu araşdırmalar sübut etmişdir ki, dilin dinamizmi, hereket ve deyişim süreti belli bir ahenge ve intizama tabedir.

“Dilçilik saatı”nın hereketi sabit bir aheng üzredir ve buna şekk etmek olmaz. Bütün bu örnekler gösterir ki, “temel sözler”in davamiyyet çarpısı min il müddetinde 76 ile 85 faiz arasında mövcuddur. Aradaki 9 faiz ferqi ise bele izah etmek mümkündür ki, bazi şahid mektubların, ketibelerin deqiq tarixi belli deyildir. Meselen Qebti dilinin ölçüsü sayılan eski Misir dilinin tarixini 2100 ile 1700 il miladdan önceye qeder bir zaman müddeti kimi sanırdılar. Bu üzden de bu dilin sözlerinin davamiyyet çarpısının aşaği seviyyede(76%) olması qayet normaldır. Demeli, davamiyyet çarpısındaki ferqliliyi “dilçilik saatı”nın qüsuru kimi saymamalıyıq. Bu qüsur “tarix saatı”ndan qaynaqlanmaqdadır.

Qeyd edildiyi kimi dilçilik saatını tarix saatı esasında “tenzim”leyirler. Müxtelif dillerde statistik araşdırmalar göstermişdir ki, dillerin ortalama davamiyyet çarpısı 1000 ilde 81 faizdir (bazen 2 faiz eksik ve ya artıq ferqle). Bu, dilçilik saatı eqrebesinin süreti olaraq hesab edilir. Saatın saat sayar eqrebesinin hereketi kimi.

Dilçilik saatının tenzimi

Hansısa bir hepotezin doğru olub olmamasını tesbit etmenin yolu onu mechul gerçekler üzerine tetbiq etmekdir. Xatırlayaq ki, ümumi cazibe nezeriyyesi Nepton planetinin keşf edilmesine sebeb oldu ve öz otaqlarındaca outran alimler Quzey qütbde bir adanın mövcud olduğunu söylediler.

“Dilçilik saatı”nın “tarix saatı” esasında tenzimlendiyini söyledik. Ancaq dilçilik saatının tek başına, tarixin yardımı olmadan tenzimlenmesi ve deqiq “zaman” göstericisi olması mümkündürmü?

Dilçilik saatını keşf etmekden meqsed de ele bu suala cavab vermeye çalışmaqdan ibaret olmuşdur. Eger hansısa bir dilin belli materiallarını elde etmekle beraber onun davamiyyet çarpısnı bilsek, hadiselerin baş verme tarixini teqriben ferqsiz texminlerle müeyyen ede bilerik. Bunun üçün yeter ki, nene ile nevenin söz dağarcıqlarını müqayise ederek “temel sozlerin” dildə qalma (bəqa) faizini elde edek.

Min il müddetinde sabit ve deyişilmez qalan sözlerin miqdarını 81 faiz olaraq tesbit etdikden sonra riyazi formulların yardımı ile faizlerle tenasüb teşkil eden zamanları da belli ede etmek mümkündür.

Dilçilik saatı öncelikle dilçilerin özüne yararlı olur. Meselen bir neçe dilin bir kokden (Fransızcanın, Ispaniyolcanın, Romuncanın Latın dilinden ayrılıb müsteqil dil olmaları kimi) ayrılış tarixini müeyyen etmek üçün dilçilik saatından faydalanmaq mümkündür.

Elbette bu gün Latın dili ailesine (Fransızca, Ispaniyolca, Rumunca) ve Rus dili ailesine (Belarusca,Ukrayinca, Rusca) mensub dillerin diferansiasion tarixi bilim dünyasına bellidir. Çünkü bu dillerin diferans ve şəkillənmə müddeti ile ilgili alimler yeterince elmi, tarixi belgeler elde etmişler. Ancaq hansısa bir dilin ve ya dillerin diferansiasion ve biçimlenme müddeti ile bağli olan bu tarixi belgeler elde edilmeye de biler. Meselen Şerqi Slavyan (Rusca, Ukrayinca, Belarusca) dillerinin Qerbi Slavyan (Çexce, Slavakca, Polonca (Ləhestanca)) dillerinden ve Güney Slavyan (Bulqarca, Serbce, Xırvatca) dillerinden ayrılış tarixixini müeyyen etmek çetindir. Alimler bazi tarixi belgelere istinaden, bu ayrılışın VI əsrde baş verdiyini hesab edirler. Bu ayrılışın deqiq tarixini belli etmek ona göre çetindir ki, Slavyan qövmler o devrde elifba ve yazıya sahib deyildiler.

Şübhelerin, qeyri-müeyyenliklerin ortada oldugu bu anlarda “dilçilik saatı” yardımımıza gelir. Qeyd edek ki, bu saatdan yararlanmaq, yalnız dilçilik elmine mexsus deyildir. Dilçilik saatı bir xeyli tarixden önceki hadiselerin, tarixin yaddaşında qalmayan olayların zamanını müeyyen ede bilir. Dilçilik saatının verileri ile “arkeoloji saatı”nın, kosmoloji ve radioaktiv verilerini müqayise ederek heç bir izi, eser-elameti qalmayan hadiselerin qeqiq tarixini belli etmek mümkündür. Meselen alimler bu metoddan istifade ederek, elece de tarixi tanıqlardan ve dil cografiyasından (dilin dünyanın müxtelif yerlede danışılması) yararlanaraq, tarixden çox önceler olmuş bazi qövmlerin mühaciret istiqametini müeyyen etmişler. Dilçilik saatı keşf edildiyi günden tarixin qaranlıqlarında barınıb qalan bir çox hadiseler işiq üzü görmüşler.

Bazi alimlere göre Amerikada meskunlaşmısh olan qövmlerin tarixi tanınmamışdır. Əksər alimler Amerika sakinlerini Asiyadan getmiş qövmler kimi sanırlar. Bilim admalarına göre Asiya qövmlerinin Amerika qitesine köçüşü min iller boyunca davam etmişdir. Asiyadan Amerikaya mühaciret eden son qrup Skimuların ataları ve bugünkü Aleotlar olmuşlar. Skimular Amerikanın quzeyinin intihasina, Alaskadan Qroenləndə qeder bir erazide yerleşdiler. Aleotlar da bu adada yerleshdiler, bir qismi de Alaskada köçeri heyata qatıldılar.

Alaskalı Skimular minlerce kilometr uzaqda olan Qroenlendli Skimuların da dilini bilir. Ancaq öz qonşusu Aleotun dilini anlaya bilmir.

Bütün bunlara reğmen, sosioloqlar sübut etmişler ki, Skimular ve Aleotlar keçmişde eyni qövme mensub olmuşlar. Dilçiler ise bele bir qenaetdedirler ki, Skimuların ve Aleotların dili bu günkü bütün ferqliliklere reğmen, keçmişde müşterek bir dilmişler. Bu dilin adını “Skimu-Aleot” qoymuşlar. Bu iki dil ne zaman bir-birinden ayrilmiş? Min il muddetinde 81 faiz “temel sozler”in deyişilmesi mentiqine vardıq. Dolayısı ile hem Skimu, hem de Aleot dilinin belli zaman içerisinde ayrılması, deyişime meruz qalması bellidir.

Bu üzden bu dilin bir-birine benzemesi min ilden sonra 81 faiz ve 81 faizden ise 66 faize dogru bir deyişim müddeti içinde olmalıdır. Bu elmi verilere dayanaraq alimler hesab etmişler ki, iki dilin ferqlenme zamanı 2900 il bundan önceye dayanmaqdadır. Dilçilik saatının verdiyi bu verinin radioaktiv karbonun verdiyi verilerle müqayise etdiler. Aleot qövmlerinin sakin olduqları mekanlardan elde edilen radoaktiv qalıqlarını analiz ederek bu qövmlerin teqriben 3 min il bundan önce bu erazilerde yerleşmelerini tesbit etdiler. Belelikle dilçilik saatının verileri ile radioaktiv saatın verdiyi melumatlar bir-birini bütövleşdirdi. Alimler dilçilik il sayarlığının (sal şomari) verdiyi verilerle diger elmlerin (sosioloji, tarix, arkeoloji) verdiyi verileri qiyaslayaraq Asiyalı qövmlerin Amerikaya köç istiqameti ile bağli maraqlı nezeriyyeler ortaya atdılar.

Skimular ve Aleotlar Amerikaya köç eden son qövmler olduqları üçün bu qövmlerin diline yaxın olan diger qövmleri ve onların dilini de araşdırma zerureti meydana çıxdı. Bu qövmlerin mühaciret tarixlerini (3.000 il bundan önce) bildiyimiz üçün bu qövmlerle qohum olan ve Asiyada, Avropada yerleşen diger qövmleri keşf etmek mümkündür.

Bazi alimler Finlerin, Macarların, hetta Slavyan, Jermenler, Hindler kimi Hind-Avropalı milletlerin bele, bu qövmlerle münasibetde ve bağlantıda olduqlarını qeyd edirler.

Qlobal terminler axtarışında

Söylenenlerden bele netice almaq olar ki, dilçilik saatının saat sayar eqrebesi çox yavaş, ancaq daima hereketdedir. O zaman bele bir sual ortaya çıxır: Hansı terminler bu deyişim müddetinde müqavimet göstere bilmirler?

Ekser terminler çox ağır ve asta bir deyişim müddeti içerisinde deyişilirler. Örneyin şexs evezlikleri(zemirler) “men”, “sen”, birden ona qeder (1-10) esas reqemler, beden üzvleri “qulaq”, “burun”, “göz”, “dil”, “ayaq” ve “su”, “güneş”, “ay”, “ölüm”, “ad” kimi diger sözlerin deyişmesi çox ağır ve uzun muddetde baş verir.

Rus dilçi alim A. Dalkopalski hesab edibdir ki, 150 Avropa ve Asiya dilleri içerisinde “men” ve “iki” sözleri deyişilmeyib, ancaq bu 150 dil içinde “sen” zemiri bir dilde ve “qulaq” sözü 10 dilde deyişibdir. Bəzi sözler ise davamiyyetsiz olmuş ve bir chox dillerde deyişik şekilde teleffüz edilmişdir. “Çay”(axar su-ırmaq) 33 dilde, “ayaq” 35 dilde deyişilmişdir. “Oglan” sözu ise her dilde bir neçe defe deyişilmişdir. Meselen qedim Rus dilinde “oglan” sözu “otrok” iken, indiki Rus dilinde “malçik” olaraq seslenir. Hemin söz Ukrayınca ve Belarusca “xlopçik” olaraq teleffüz edilir. Göründüyü kimi davamiyyetin miqdarı sözlere göre deyişir, ancaq bu deyişimle haralara gedirik?

Tesevvür ediniz ki, bir ana dil (esas dil) 6.000 il önce altı dil “doğmuş”dur. Min, iki min il keçdikden sonra bu dillerden en davamiyyetsiz “nezaret cedvelli” sözler kenarlaşacaqdır ve yalnız en davamiyyetli sözler qalacaqdır. Lakin en davamiyyetli sözlerin de bir deyişim prosesi, faizi vardır. Onlar da çox uzun süren bir zaman içerisinde astaca da olsa deyişirler.

Bele nezere gelir ki, bir sonraki 6.000 illik zamandan sonra kök ve ana dilden eser-elamet qalmayacaq ve davamiyyet çarpısı batil edilecekdir.

Ancaq problem yalnız bu deyil. 215 sözden ibaret olan “nezaret cedveli”ndeki temel sözlerin deyişmesi, sabitliyi ve yaxud itirilmesi bir terefden de medeni hadiselerle, inqilablarla ve itibahlarla bağlıdır. “Sap”, “nize” ve “duz” kimi.

Eger önceki benzetmemize davam etdersek bele söylemek mümkündür ki, saat sayar eqrebenin “obyektiv”(eyni) hereketi, deqiqe sayar eqrebenin “subyektiv” (zehni) hereketinin tesiri altındadır. Yəni medeni hadiselerle bağli olan sözlerin deyişim süreti medeniyyetlerin deyişim ve gelişim süretinden asılıdır.

                                                     1999-cu ilde tercume edilmişdir.

 

 



* . Elece de Türk dilinin bugünkü “ilkin yatırım”ı ile Yunis Emre, Fuzuli, hetta Dede Qorqud dövründeki “ilkin yatırım” bir uyğunluq ve ahengdarlıq içindedir-Guntay