Güntay Gəncalp

Dil biolojisi

Bu mövzunu “ dil canlı bir varlıqdır” düşüncesinden yola çıxaraq anlatmağa çalışacağam.

Canlıların en kiçik birimi (vahidi) hücredir(selluldur). Bu hücreler bölünerek çoxalar ve çoxalma süreci içində mürekkeb organizasion oluşar. Dilin ise, en kichik birimi sözdur.

Biolojide 3 tür bölünme tesbit edilmişdir. Canlılar bu üç tür bölünme ve çoxalma yolu ile mevcud olur. Bu 3 növ çoxalma bunlardır:

1.    Amitoz çoxalma. Bu növ bölünme tek hücrelilere(tek sellulilere) mexsusdur. Tek hücreliler öz içlerinde bölünerek çoxalar ve heç vaxt da mürekkeb bir organizasion oluşdura bilmezler. Çünkü mürekkeb orqanizasionu oluşumu üçün daha geniş ilişkilere ehtiyac var ki, tek hücreliler bu ilişkilerden yoxsundur.  Meselen, Amib ve paramesi kimi tek hücreli canlılar bu növ çoxalmalar üçün örnek ola biler. Amib və paramesi dar mühitin tek hücreli canlılarıdır. Etnik diller dediyimiz Lezgi, Kurd, Avar, Taliş, Gilek kimi diller bünyelerinde elmi, felsefi deyerleri ifade edemezler. Çünkü bu dillerin çoxalma şəkli tek hücrelilerin üremesine benzer. Onlar doğmaz, doğurmaz, töreyib mürekkeb dil sistemi, dil organizasionu oluşduramazlar. Doğmayan doğurmayan, yazıya intiqal etmeyen bir dil də zaman içində tek hücreli mövcud olmağa məhkum edilir. Amibleşir ve dar mühitdə besit ehtiyacların gederilişine həsr olunur.

2.    Meyoz ve ya cinsel bölünme. Hücrelerin bu tür bölünmesi ve çoxalması üçün iki qarşı cinsin ilişkileri gerekir. Dilin Meyozik çoxalması öz cinsinden olmayan başqa dillerle münasibetler yolu ile, bu ilişkiler ortamında gerçekleşer. Bu ilishkiler sonucunda eynen canlılardaki strujen-projestron ve espermatozoid hücrelerinin terkib tapib yeni bir oluşum sagladıqları kimi, dilde de onun birimleri (vahidleri) olan sözler bir-birleri ile qaynayıb-qarışar ve yeni terkibler, ifadeler, mefhumlar, remzler yaradar. Bu sürec olmadan heç bir dil öz yapısı üstünde standardizasion sağlaya bilmez. Dil bəzi ehtiyaclarını meyozik yolla, yəni başqa dillerden söz alıb, başqa dillere söz vererek, söz alış verişinde bulunaraq ortadan qaldırar. Meselen, dilimizde oturuşmuş “çay” Çincə bir sözdür. Lakin Türk dili onu öz varlığında elə özümsəmiş ki, bu sözün başqa dilə aid olduğunu çoxları bilmez. Tefekkürün döllenme sürecinde dilde meyozik üreme qaçınılmazdır.  

3.    Mitoz çoxalma ve canlının öz içinden üreyib, töreyib ve mürekkeb organizasion oluşdurması. Dünyay gelen bir canlının böyüyüb yetişkinliye, büluğa çatması, müxtelif beden üzvlerinin böyümesi bu biçim bölünme ve çoxalmaya mexsusdur.

Mitoz türlü çoxalma uzerinde daha çox dururmuşdur, çünkü hem canlılarda, hem de dilde en önemli olan üreme(tolid) şekli mitozik sürecdir. Dilde amitoz ve meyoz üreme etkileyici yan direk ise, orta direk mitozik üremedir. Amitoz və meyoz ürüme olmazsa dil hasar görür, ama mitoz üreme olmazsa dil çöker.

Doğub-doğurmayan canlıya qısır deyilir. Qısırlıq davam ederse, soyun sonu geler ve nesl kesiler. Dil de bu biolojik qanuna tabedir. Doğub-doğurmayan, töreyib-töretmeyen dilde qısırlıq başlar ve sonra da bu qısırlıq süreci dili sıradan çıxarar.

Bəzi dillerin mitozik bölünme(öz-özünü çoxaltma, yeni söz üretme, öz yapısı üstünde böyüme) imkanları çox olur. Xüsusen, Əreb, Fin ve Türk dillerinin özünü genişletme imkanı daha çoxdur. Bir kətəbə sözünden mekteb, kitab, mektub, katib kimi sözler töreyir. Ve ya bir görmek mesderinden görüş, görünüş, görüntü, görkem, görünüm, görev, görgü, görme, görücü, gören, görkemli kimi fərqli mənalar ifade eden sözler üremekdedir. Fin dilinde de bu şekilde. Bir “oppia-öyrenmek” kimi mesderden bir çox fərqli anlam daşıyan sözler üremektedir: Opinto-öyrenim, Opettaja-öyeretmen, oppi-öyreti, opetus-öyretim, oppiminen-öyrenme

Deyişik sahelerde insan bilinci gelişdikce, dil özünü çoxaltmaq, genişletmek ehtiyacını duyar. Yalnız dilin bu özünü çoxaltma ehtiyacı o dilde danışan, yazan etnosun iradesi ile həyata keçer. Etnosun öz tarixi təkamül sürecini, tarixi xatirelerini özellikle yazal olaraq dile yüklemesi ile dilin ehtiyacları gederiler. Ehtiyaclar, kurallar deyişdikce milletin dili de gelişmek ister. Dil bir çağda ilişib qalmaz, qalarsa amitoz sürec olaraq şekillener. Yəni böyük orqanizasiondan yoxsun olan ve en kiçik basqı qarşısında varlığını itiren, yox olan amib kimi bir “varlıq”a dönüşer.

Türk dilinin tarix boyunca öz yapısı üstünde böyümesine, gelişmesine əngəl olmuşlar. Özellikle Türk devletleri bu əngəl olma eyləmində aktiv oluşlar. İlk Türk-İslam devleti olaraq ve qılınc gücüne Ərəb xəlifəsinin isteyi üzerine Türk milletinin başını keserek zorla müselmanlaşdıran Qaraxanlı Satuq Buğradan (ərəbleşdiyi üçün adını Abdulrahman olaraq deyişdirdi) tutmuş Osmanlıya qədər hamısı Türkcənin gelişmesine engel olmuşdur.

İlk kez olaraq Göktürkler döneminde geniş böyüme ve imperatorluq dili olma fürsetini yaxalayan Türk dili çox uzun zaman yadırqanar. İkinci kəz isə Böyük Atatürkün zamanında böyüme ve evrenselleşme yaşamını yaşar. Bu dönemde özellikle Yakup Dilaçarın Türk dilinin gelişme açarını keşf edib ve eklerle yeni sözlerin üretilmesine olanaq sağlaması təqdir olunması gərəkən bilimsəl çalışmalar bütünüdür. Böyük Atatürk döneminde 600 il Osman oğullarının əsarətində yaşayan Türk milleti və Türk dili əsarətdən qurtulmuş olur. Osman oğulları sadəcə Türk dilində yazan Pir Sultan Abdal kimi insanların başını kesmekle qalmaz, hem de “Nüsxət-üs səlatin” kimi eserin müəllifi Ali Mustafa kimi Arnavutları, Ermenileri sarayda özel qelem müdürleri ederek Türkcenin tikan dil olduğunu telqin edidiler. Bu eylemi Böyük Atatürk “Devletin qurucusu olan biz Türkler Ermenilere, Arnavutlara feda edildik” şeklinde ifadesi ile mehkum eder.

Daha sonralar Osmanlı yobazlığına sempati baş qaldırmağa başlar ve irtica heyranları Osmanlıların çarpıq “düşünce”sinin ürünü olan sapıq Osmanlıcanı da “Türkcə!” adlandırmağa çalışarlar. Osmanlı döneminden gelen irticai basqılar dilin mitozik ve doğal çoğalımını engeller. Ancaq yene de Türk dili en geniş imkanlarını ve evrenselleşme sürecini Türkiyede yaşamaqda. Atatükün qurduğu sistem sıradan çıxmamışdır.

Quzey Azerbaycanda ise əsrin başlarında dil üzerine önemli çalışmalar yapıldı, böyük eserler yazıldı. Azerbaycanın böyük ədəbi mühiti de bu zaman meydana çıxdı. Daha sonar qısır düşünceler besit bir dil anlayışı ile yetinmeye teslim oldular. Ne bir Hüsyn Cavid, ne Çemenzeminli, ne Cabbarlı, ne Səməd Mənsur ortaya çıxdı. Hətta qısırlaşan dil sebebi ile bunları anlamaq zor duruma geldi. Bir edebiyat profsorunun H.Cavidi üzünden bele doğru dürüst oxuya bilmesi az qala qeyri mümküne dönüşdü. (Hüseyn Cavidin “İblis” eserini sehneleşdirmişler Azerbaycanda. Keşke etmeseydiler. Cavidin dilini qısırlaşdırılmış bir dile çevirib teleffüz etmişler. Cavid üslubuna mudaxile etmek əxlaq sınırlarını aşmaqdan başqa bir şey deyildir) Nesiminin, Fuzulinin, Nevainin, Xətainin eserlerinde sıx sıx keçen “tanıq”, “ulaşmaq”, “Bunalmaq”, “onarmaq” kimi sözleri eşiden “dilçi” profsorların etirz bağırtılarını çox eşitmek mümkündür ki: “aman arxeikleşmiş ölü sözleri getirib dilimizi korlamayın!”. Oysa ölmüş söz yoxdur. Öldürülmüş sözler var. Türk-İslam tarixi süresince Türk dili üzrinde qatiller öz qatillik içgüdülerini, qatillik xəstəliklərini Türk dili üzerinde denediler. Bir çox sözleri öldürseler de Türk dili yara aldı, ancaq ölmedi, yaşadı.

Əlbəttə ki, Türk dilinin abidelerini ve gizlerini keşf eden Batı bilim adamları oldu. Kitabi Dede Qorqudu Batılılar saxlayıb günümüze ulaşdırdılar. Yenisey Abidelerini de Batının bilimsel vicdanı keşf etdi. Bu nedenle de Türk milleti olaraq Batının bilimsel vicdanına borcumuz var.

Ankarada Qazi universitesinde oxuduğum zaman “İran Kültür Merkezi”nin kitabxanasının kitablarından faydalanırdım. Burada bir hadise ile rastlandım ki, tepemden tüstü çıxdı. Həm də Fars Şovinizminin öncüllerinden olan, Tütk düşmenliyi ile tanınan Qəzvininin araşdırmasının, tesbitinin sonucudur indi bu anlatacağım.  O kitabda mevcud olan metni olduğu kimi yazıram:

“Əllame Qəzviniyə görə “Merzban namə “ Türk dilində yazılmış və 834(h.q)də vəfat edən Şəhab-əddin Ərəbşah tərəfindən Ərəb dilinə tərcümə edilmişdir. Bu tərcümədən bir nüsxə 1277 hicri də Qahirədə nəşr edilmişdir. “Mərzban namə”ni Sə´dəddin Vəraini 12-ci əsrdə Azərbaycan Atabəylərinin padşahı Eldəgiz zamanında Türkcə yazmışdır.” (bax: “Mərzban name” be kuşeşe Dr. Xətib Rəhbər, çapxaneye mərvi, çape dovvom 1366, enteşarate Səfi Əlişah ص ی)

Anlaşılan o ki, kitabın Türkçə orjinalı başqa dillərə tercümə edildikdən sonra yox edilmişdir. Eynən Kitabi Dədə Qorqud kimi. Kitabi Dədə Qorqud da bir tesadüfün sonucu tarixdə qalmışdır. Kitabı Dede Qorqudu Türk medeniyetine qazandıran Batı olmuşdur.  Mahmud Kaşqarlının “Divan-e Luğat-e Türk” eserinin tarixde qalması da bir tesadüfün neticesi. Lakin bir çox alimler Kaşqarlının böyük bir eserinin tarixde qalmadığı, itidiyi haqda hem fikirdiler. Daha doğrusu Batı kültürünün elme olan sayqısı “Mərzban namə”ni içinə ala bilmədiyi üçün bu əsəsrin Türkcə orjinalı  tarixdən silinmiş, Türk medeniyetinden sökülüb atılmışdır. Belə anlaşılır ki, bir çox bu şekilde tarixi yapıtlar Türk-İslam tarixinin Türkçəyə uyquladığı qatillik operasionu, əməliyatı nəticəsində sıradan çıxmış, qətl edilmişdir. Böyük M.E.Resulzade bele bir soru sorar: “Neden Türk milleti bu davranışlara üsyan etmemişdir?” ve bu şekilde cavab verer: “Çünkü Türk milleti milli zülmü öz cinsinden görmekde idi”

Böyük Atatürkün milliyetçilik tezine qarşı Osmanlı irticasının heyranları “Türk-İslam ülküsü” deye bir antitürk alternativ paln geliştirmişler. Bu plan keçmiş tarixlerde Türk dili ve kimliyi üzerine yapılan qatillik eylemlerini yeniden diriltmek ister. Yalnız Dünya Türklüyünün oyanışı nedeni ile bu plan nütfesinde boğulur. Umalım ki ne Türkiyeye, ne de Türk Dünyasına zərər vermeden Türk tarixinden siliner, söküler geder. Türk-İslam tarixi Türk dili yazqısı baxımından itirilmiş zaman ve tarixdir. Teymuriler (Ə.Ş Nəvai dönemi) ve bəzi zaman dilimleri istisna olmaqla bom boş çöl kimi. Türk dilinde yazan M.Füzuli kimi böyükler ise ac, bedbext bir heyat sürmüş ve sonunda Sultan Süleyman Qanuniye “Şikayet name”ni yazmaq zorunda qalmışdır.*

Bu gün ortq amac Türkcəni Türk Dünyasının bilişim və iletişim dili düzeyine yükseltmektir. Şübəhiz ki, bu əməl uzun zaman sürəsi içində gerçəkləşən bir olqudur. Yeter ki, Türk Dünyasında ortak ulusal istek bu yönde seferber olsun.



* .1904 ilinde Sultan Hamit Almaniyaya sefer eder. Alman imparator Osmanlı medeniyetinin ürünü olan bir edebi eseri  nefis şekilde hazırlayıb Sultan Hamide vermek ister. Osmanlı siyasetine uyğun Türk dilinde bir eser bulamazlar. Çünkü Osmanlılar Alevilerin yazdıqlarını kafirlerin hedyanları olaraq alqılardı. Bu nedenle Alman İmparatoru mecburen Yavuz Sultan Selimin Farsca bütün eserlerini bir yerde nefis şekilde kitablaşdırıb Sultan Hamide sunar..