Bulaq və daş*

Sal dağdan ayrıldı coşğun bir bulaq

Böyük bir daş ilə qarşılaşaraq

Astaca söylədi ey mehriban daş

Yol ver burdan keçim mən yavaş yavaş

Ancaq qəlbi qara təkəbbürlü daş

Onu vurub dedi: “Burdan uzaqlaş!

Sellər qarşısında tərpənmədim mən

Sən kimsən tərpənim sənin önündən”

Daşın cavabından sınmadı bulaq

Torpağı qazmağa başladı ancaq

Xeyli zəhmət çəkib təlaş edərək

O daşın böyründən yol açdı gerçək

Zəhmətlə hər şeyə yetərsən yəqin

Zəhmət ziynətidir bəşəriyyətin

Daima ümidlə zəhmətə qatlaş

Ümidsizliklərdən ölüm verer baş

Sarsılmaq bilməsən çalışmalardan

Çetin işlərin də olacaq aasan.

Türk dilinə tərcümə etdi: Güntay Gəncalp

 



* . Bu şeiri Bəhar Fransızcadan Farscaya tərcümə etmiş və sonra da dərs kitablarına yerləşdirmişdilər