Güntay Gencalp

Aydın Tebrizlinin qavram qarqaşası!

Sitelerde arasıra Aydın Tebrizli imzası ile bazi yazılara rastlanırıq. Güney Azerbaycan Milli Hereketinin qavramsallıq (istilahçılıq, terminoloji) baxımından özünü tanımladığı bir aşamada bu arxadaşın Fars şovinizminin uydurduğu qavramlardan (istilahlardan) vaz keçmemekde qerarlı olduğu görünmekdedir. Tebriz Merkezli Meşruteni “herekete merdom-e iran” kimi adlandırması her şeyden önce tarix metodolojisine zidd olan bir yanaşımdır. Bu qavram doğru ise o zaman İsfahan, Şiraz, Kogiluye ve... meşrute üçün ne etdiler. Qavramsallaşdırma (istelah sazi) hereket üçün çox önemli bir olqudur. Çünkü qavramlar bir sürecin ve siyasi felsefenin sloqanlaşmış şeklidir.

Azerbaycanı tarix ve medeniyet bağlamında İrandan ayrı gören ilk şexsiyet Ahmed Kesrevi olmuşdur. Ahmed Kesrevi belke Pehlevi basqısı altında bazi yanlışlıqlara yol vermişdir, ancaq Azerbaycanı heç bir zaman İranin bir parçası kimi görmemişdir. Bu görmemesini de açıqca bu şekilde beyan etmişdir: “Tarix-e hecdeh saleye Azerbaycan” (Onsekkiz illik Azerbaycan tarixi). Neden Ahmed Kesrevi kitabının adını “tarix-e hecdeh saleye İran” qoymamışdır? Çünkü bu coğrafiyanın ve bu coğrafiyada baş veren olayların İranla ya bağlantısı olmamışdır ya da çox az olmuşdur, hele Ahmed Kesrevinin şüur altında barınan Azerbaycan sevgisinin bu vesile ile dışa vuruşunu bir yana qoyuruq. Ahmed Kesrevinin bu kitabında da göründüyü kimi meşruteden tutmuş bütün 18 illik olaylar Azerbycan merkezli bir oluşum içindedir. Ve bu, Azerbaycan tarixidir. Bu kitabda Azerbaycanın yararına olan ele bilgiler var ki, başqa heç bir yerde rastlanmaq mümkün değildir. Gerçekden de Kesrevinin de doğruca tesbitine göre bu, yalnız ve yalnız Azerbyacn tarixidir. Yani Azerbaycanda yaşayan ulusun başından keçen olaylar bütünüdür. Bu olaylara ise İranın paylaşım isteyinin olmadığı sezilmekdedir.

Azerbaycanı medeni planda bağımsız olaraq anlayan ve onu İrani kimlikle tanımlamayan ikinci böyük şexsiyet M.E.Terbiyetdir. Mehemmed Eli Terbiyet de kitabının adını “Daneşmendan-e İran” deyil, “Daneşmedan-e Azerbaycan” qoyar. Neden? Çünük doğru olan budur. Çünkü bu kitabda adı, çalışma sahesi  ve yaşamı haqqında bilgi verilen insanların İrani kimlikle heç bir ilinti ve ilişkileri yoxdur.

Ancaq Sayın Aydın Tebrizli tutdurub durmuş ki, “Merdom-e İran” bele geldi, bele getdi...

Umudumuz bu ki, insanlar qavram qarqaşasına girerek Azerbaycanın bu haq sesinin fikri planda olsa da boğulmasına yardımçı olmazlar.